Gömrük İşləri üzrə Aparıcı Mütəxəssis
Intransco Transport & Logistics GroupGömrük işləri üzrə mütəxəssis job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 11, 2026
- Apply before
- December 11, 2026
About this job
Intransco Transport & Logistics Group is hiring for the role “Gömrük İşləri üzrə Mütəxəssis” in Baku. Full-time. Apply directly to the employer.
Əsas tələblər:
- Gömrük işi (mütəxəssis) sahəsində minimum 1-3 il iş təcrübəsi;
- Gömrük Bəyannaməçisi (mütəxəssis) ixtisas sertifikatının olması (mütləqdir);
- Azərbaycan Respublikasının gömrük qanunvericiliyi və gömrük prosedurları üzrə yaxşı biliklər;
- Elektron gömrük sistemləri ilə işləmək bacarığı;
- Məsuliyyətli, operativ və analitik düşüncə tərzinə malik olmaq.
Vəzifə öhdəlikləri:
- Gömrük prosedurları üzrə bəyannamələrin tərtib olunması və rəsmiləşdirilməsi;
- Gömrük bəyannamələrinin qanunvericiliyin tələblərinə uyğun hazırlanması və təqdim edilməsi;
- Mənşə, uyğunluq və digər icazə sənədlərinin əldə olunması prosesinin idarə edilməsi;
- Dövlət qurumları ilə rəsmi yazışmaların və müraciətlərin hazırlanması;
- HS kodlarının düzgün müəyyənləşdirilməsi, gömrük prosedurları üzrə gömrük ödənişlərinin hesablanması və peşəkar dəstəyin göstərilməsi;
- Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra müvafiq sənədlərin hesab-fakturanın (invoice) hazırlanması və kəsilməsi üçün mühasibatlıq şöbəsinə təhvil verilməsi;
İş şəraiti və saatları:
- Tam ştatlı iş qrafiki: Bazar ertəsi - Cümə, saat 09:00-dan 18:00-dək; Şənbə günü saat 10:00-dan 13:00-dək;
- Rəqabətədavamlı əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı olaraq);
- Peşəkar komanda ilə iş birliyi, maliyyə və karyera yüksəlişi üçün şərait (hər şey sizin performansınızdan asılıdır).
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və mövzu hissəsində "Gömrük İşləri üzrə Aparıcı Mütəxəssis" qeyd edə bilərlər.