Əsas məzmuna keç
GoJob

Gömrük İşləri üzrə Aparıcı Mütəxəssis

Intransco Transport & Logistics GroupBakıda gömrük işləri üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
11 noyabr 2026
Son müraciət tarixi
11 dekabr 2026

Bakı şəhərində Logistika, Anbar və Təchizat üzrə vakansiyalar

Vakansiya haqqında

Intransco Transport & Logistics Group Bakıda «Gömrük İşləri üzrə Mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Əsas tələblər:

  • Gömrük işi (mütəxəssis) sahəsində minimum 1-3 il iş təcrübəsi;
  • Gömrük Bəyannaməçisi (mütəxəssis) ixtisas sertifikatının olması (mütləqdir);
  • Azərbaycan Respublikasının gömrük qanunvericiliyi və gömrük prosedurları üzrə yaxşı biliklər;
  • Elektron gömrük sistemləri ilə işləmək bacarığı;
  • Məsuliyyətli, operativ və analitik düşüncə tərzinə malik olmaq.

Vəzifə öhdəlikləri:

  • Gömrük prosedurları üzrə bəyannamələrin tərtib olunması və rəsmiləşdirilməsi;
  • Gömrük bəyannamələrinin qanunvericiliyin tələblərinə uyğun hazırlanması və təqdim edilməsi;
  • Mənşə, uyğunluq və digər icazə sənədlərinin əldə olunması prosesinin idarə edilməsi;
  • Dövlət qurumları ilə rəsmi yazışmaların və müraciətlərin hazırlanması;
  • HS kodlarının düzgün müəyyənləşdirilməsi, gömrük prosedurları üzrə gömrük ödənişlərinin hesablanması və peşəkar dəstəyin göstərilməsi;
  • Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra müvafiq sənədlərin hesab-fakturanın (invoice) hazırlanması və kəsilməsi üçün mühasibatlıq şöbəsinə təhvil verilməsi;

İş şəraiti və saatları:

  • Tam ştatlı iş qrafiki: Bazar ertəsi - Cümə, saat 09:00-dan 18:00-dək; Şənbə günü saat 10:00-dan 13:00-dək;
  • Rəqabətədavamlı əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı olaraq);
  • Peşəkar komanda ilə iş birliyi, maliyyə və karyera yüksəlişi üçün şərait (hər şey sizin performansınızdan asılıdır).

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və mövzu hissəsində "Gömrük İşləri üzrə Aparıcı Mütəxəssis" qeyd edə bilərlər.

Intransco Transport & Logistics Group şirkətinin digər vakansiyaları

Intransco Transport & Logistics Group vakansiyaları