Skip to content
GoJob

Hüquqşünas

Premium MiningLawyer job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 4, 2026
Apply before
December 4, 2026
Category
Legal

Legal jobs in Baku

About this job

Premium Mining is hiring a lawyer in Baku. Full-time. Apply directly to the employer.

Namizədə tələblər:

  • Təhsil: Hüquqşünaslıq ixtisası üzrə ali təhsil.
  • Təcrübə: Məhkəmə proseslərinin aparılması, korporativ hüquq, müqavilə hüququ və daxili prosedurların qurulması sahəsində ən azı 5 il iş təcrübəsi.
  • Biliklər: AR Mülki, Əmək, Vergi və digər əlaqədar qanunvericilik aktlarını dərindən bilmək; kargüzarlıq və sənəd dövriyyəsi sistemləri ilə işləmək təcrübəsi.
  • Şəxsi keyfiyyətlər: Analitik təfəkkür, detallara diqqət, məsuliyyət, səliqəli sənədləşmə bacarığı və peşəkar ünsiyyət qabiliyyəti.

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin fəaliyyəti ilə əlaqədar hüquqi təminatın həyata keçirilməsi, normativ sənəd bazasının hazırlanması, zəruri dəyişikliklərin edilməsinə həyata keçirilməsi;
  • Şirkət tərəfindən bağlanılan bütün növ müqavilələrin, sazişlərin və digər hüquqi sənədlərin hüquqi ekspertizasının aparılması, standart müqavilə formalarının hazırlanması və təkmilləşdirilməsi;
  • Şirkətin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlanılması, korporativ sənədlərin, qərarların, protokolların və əmrlərin hüquqi ekspertizasının həyata keçirilməsi.
  • Müqavilə reyestrinin yaradılması, reyestrin aparılması və qüvvədə olan müqavilələrin icrasına nəzarət mexanizminin tətbiq edilməsi.
  • Müəssisədaxili korporativ qaydaların, proseslərin, prosedurların, daxili normativ aktların tərtibatında iştirak və ya rəy verilməsi;
  • Cəmiyyətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması;
  • Cəmiyyətin dövlət qurumlarında və məhkəmə proseslərində təmsil edilməsi;
  • Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak;
  • Cəmiyyətin fəaliyyət istiqamətinə uyğun qanunvericilikdə olan yeniliklər barədə rəhbərliyi və müvafiq struktur bölmələrin işçilərini məlumatlandırılması;
  • Cəmiyyətin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində iştirak etmək.

İş şəraiti:

  • Əmək haqqı: Razılaşma yolu ilə
  • İş yeri: Bayıl bay, Kempinski plaza

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına (“Hüquqşünas”)başlığı ilə göndərməyini xahiş edirik. 

Similar jobs