Skip to content
GoJob

Hüquqşünas

ABB-İnvest İnvestisiya Şirkəti QSCLawyer job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 12, 2026
Apply before
December 12, 2026
Category
Legal

Legal jobs in Baku

About this job

ABB-İnvest İnvestisiya Şirkəti QSC is hiring a lawyer in Baku. Full-time. Apply directly to the employer.

İş şəraiti

  • Şəhər: Bakı
  • İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
  • Əmək haqqı: Razılaşma əsasında

Vəzifə öhdəlikləri

  • Hüquqi sənədləri hazırlamaq və rəsmiləşdirmək;
  • Hüquqşünaslıq fəaliyyəti ilə əlaqədar Şirkətin rəhbəri və ya özünün birbaşa rəhbərinin digər tapşırıqlarını yerinə yetirmək;
  • Şirkətin rəhbərliyinə imza üçün təqdim edilən əmr, təlimat və hüquqi xarakterli digər sənədlərin layihələrinin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
  • Müqavilə layihələrini hazırlamaq, müqavilələrin ekspertizasını həyata keçirərək qanunvericiliyə uyğunluğunu yoxlamaq və rəy vermək (xüsusən xarici Kontragentlərlə bağlanılan müqavilələrin);
  • Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə aparmaq, digər şöbələrdən gələn hüquqi məsələlər üzrə sorğuları cavablamaq, bütün növ hüquqi sənədlərin tərtib edilməsində hüquqi dəstək göstərmək;
  • Daxili Qaydaların layihəsinin hazırlanmasında iştirak etmək, həmin qaydalar üzrə Təqdimatlar hazırlamaq;
  • Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şurasının iclaslarının protokollarını hazırlamaq və digər bu kimi katiblik funksiyasını həyata keçirmək.

Tələblər:

  • Hüquq sahəsi üzrə ali təhsil (magistratura təhsili üstünlükdür);
  • Azərbaycan dili – mükəmməl, ingilis dili – yüksək səviyyədə (yazılı, şifahi ünsiyyət və təqdimat bacarıqları);
  • MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı;
  • Korporativ hüquq sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
  • Maliyyə sektorunda (bank, sığorta, investisiya və s.) iş təcrübəsi üstünlükdür;
  • AR Mülki, Mülki-prosessual, Əmək Məcəllələri üzrə peşəkar biliklərə, AR inzibati və inzibati prosessual qanunvericiliyi və normativ-hüquqi aktları barədə biliklərə malik olmaq (Kapital bazarını tənzimləyən digər normativ hüquqi aktları bilməsi üstünlükdür);
  • Layihələr hazırlamaq, hüquqi təhlil aparmaq və katiblik bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik, etik davranış prinsiplərinə sadiqlik.

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu sətrində “Hüquqşünas” vəzifəsini qeyd etməyi unutmayın.

More jobs at ABB-İnvest İnvestisiya Şirkəti QSC

Jobs at ABB-İnvest İnvestisiya Şirkəti QSC