Əsas məzmuna keç
GoJob

Hüquqşünas

ABB-İnvest İnvestisiya Şirkəti QSCBakıda hüquqşünas vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
12 noyabr 2026
Son müraciət tarixi
12 dekabr 2026
Kateqoriya
Hüquq

Bakı şəhərində Hüquq üzrə vakansiyalar

Vakansiya haqqında

ABB-İnvest İnvestisiya Şirkəti QSC Bakıda hüquqşünas axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş şəraiti

  • Şəhər: Bakı
  • İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
  • Əmək haqqı: Razılaşma əsasında

Vəzifə öhdəlikləri

  • Hüquqi sənədləri hazırlamaq və rəsmiləşdirmək;
  • Hüquqşünaslıq fəaliyyəti ilə əlaqədar Şirkətin rəhbəri və ya özünün birbaşa rəhbərinin digər tapşırıqlarını yerinə yetirmək;
  • Şirkətin rəhbərliyinə imza üçün təqdim edilən əmr, təlimat və hüquqi xarakterli digər sənədlərin layihələrinin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
  • Müqavilə layihələrini hazırlamaq, müqavilələrin ekspertizasını həyata keçirərək qanunvericiliyə uyğunluğunu yoxlamaq və rəy vermək (xüsusən xarici Kontragentlərlə bağlanılan müqavilələrin);
  • Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə aparmaq, digər şöbələrdən gələn hüquqi məsələlər üzrə sorğuları cavablamaq, bütün növ hüquqi sənədlərin tərtib edilməsində hüquqi dəstək göstərmək;
  • Daxili Qaydaların layihəsinin hazırlanmasında iştirak etmək, həmin qaydalar üzrə Təqdimatlar hazırlamaq;
  • Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şurasının iclaslarının protokollarını hazırlamaq və digər bu kimi katiblik funksiyasını həyata keçirmək.

Tələblər:

  • Hüquq sahəsi üzrə ali təhsil (magistratura təhsili üstünlükdür);
  • Azərbaycan dili – mükəmməl, ingilis dili – yüksək səviyyədə (yazılı, şifahi ünsiyyət və təqdimat bacarıqları);
  • MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı;
  • Korporativ hüquq sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
  • Maliyyə sektorunda (bank, sığorta, investisiya və s.) iş təcrübəsi üstünlükdür;
  • AR Mülki, Mülki-prosessual, Əmək Məcəllələri üzrə peşəkar biliklərə, AR inzibati və inzibati prosessual qanunvericiliyi və normativ-hüquqi aktları barədə biliklərə malik olmaq (Kapital bazarını tənzimləyən digər normativ hüquqi aktları bilməsi üstünlükdür);
  • Layihələr hazırlamaq, hüquqi təhlil aparmaq və katiblik bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik, etik davranış prinsiplərinə sadiqlik.

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu sətrində “Hüquqşünas” vəzifəsini qeyd etməyi unutmayın.

ABB-İnvest İnvestisiya Şirkəti QSC şirkətinin digər vakansiyaları

ABB-İnvest İnvestisiya Şirkəti QSC vakansiyaları