İnkassasiya əməliyyatları üzrə aparıcı mütəxəssis
OBA marketlər şəbəkəsiInkassasiya əməliyyatları üzrə mütəxəssis job in Baku
Salary: No salary given
- Location
- Bakı, Xətai
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 3, 2026
- Apply before
- December 3, 2026
- Category
- Finance, Banking & Insurance
About this job
OBA marketlər şəbəkəsi is hiring for the role “İnkassasiya əməliyyatları üzrə mütəxəssis” in Baku (Khatai district). Full-time. Apply directly to the employer.
Təsvir
- İnkassatorların marşrutlarının və gündəlik inkassa prosesinin koordinasiyası.
- İnkassa olunan və olunmayan marketlər üzrə gündəlik məlumatların toplanması, yoxlanılması və aidiyyəti şəxslərə göndərilməsi.
- İnkassa paketlərinin və pul vəsaitlərinin təhvil-təslim prosesinə nəzarət edilməsi.
- Qəbul kassaları üzrə əməliyyatların yoxlanılması, yaranan fərqlərin araşdırılması və düzəlişlərin koordinasiyası.
- Problemli inkassa paketlərinin müəyyən edilməsi, həllinin təşkili və sayım kassasına təhvil verilməsinin izlənilməsi.
- İnkassa əməliyyatları üzrə məlumatların SAP və Tiger sistemlərinə daxil edilməsi və müvafiq əməliyyatların icrasının izlənilməsi.
- Terminal ödənişləri üzrə gecikmələrin və texniki problemlərin müəyyən edilməsi, aidiyyəti komandalarla həllinin koordinasiyası.
- Sənəd daşınması xərcləri üzrə cədvəllərin hazırlanması və yaranan uyğunsuzluqların araşdırılması.
- Sürücülərin bonus və əməkhaqqı hesablamaları üçün məlumatların hazırlanması və aidiyyəti şəxslərə təqdim edilməsi.
- Seyf paketlərin hazırlanması, paylanması və uçotunun aparılması.
- İnkassa aktlarının və protokollarının hazırlanması, sənədlərin sistemləşdirilməsi və arxivləşdirilməsi.
- Yeni açılan və yeri dəyişdirilən marketlərin inkassa marşrutlarına daxil edilməsinin koordinasiyası.
- İnkassa prosesləri üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması.
- İnkassa əməliyyatları zamanı yaranan problemlərin araşdırılması, məlumatların düzgünlüyünün təmin edilməsi və proseslərin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi.
İş qrafiki: 5 gün, 08:00-17:00
Tələblər
- Təhsil: Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Təcrübə: Maliyyə, kassa əməliyyatları, inkassasiya və ya əməliyyatların koordinasiyası sahəsində minimum 2-3 il iş təcrübəsi;
- Proqram təminatı üzrə biliklər : MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə bilik; SAP və digər ERP sistemləri üzrə biliklər üstünlükdür;
- Peşəkar biliklər: Kassa əməliyyatları, pul vəsaitlərinin uçotu, təhvil-təslim və üzləşmə prosesləri üzrə biliklər;
- Analitik bacarıqlar: Məlumatların təhlili, maliyyə fərqlərinin araşdırılması və hesabatların hazırlanması bacarığı;
- Şəxsi keyfiyyətlər: Diqqətlilik, məsuliyyətlilik, operativlik
- Üstünlükdür: Pərakəndə satış (Retail) və FMCG sektorunda iş təcrübəsi.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Servislə təmin olunur
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.