Skip to content
GoJob

İnsan resursları üzrə baş mütəxəssis (İR üzrə biznes tərəfdaşı)

Bakinity Distribution MMCHR specialist job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 22, 2026
Apply before
November 21, 2026

Human Resources jobs in Baku

About this job

Bakinity Distribution MMC is hiring an HR specialist in Baku. Full-time. Apply directly to the employer.

Struktur bölmə: İnsan resursları şöbəsi

Tabeçilik: Şöbə müdiri

İşin təsviri

  • Cəmiyyətin daxili qaydalarını, siyasət və prosedurlarını əmək qanunvericiliyinə uyğun hazırlamaq, nəzərdən keçirmək və yeniləmək.
  • Struktur bölmə rəhbərlərinə insan resurslarının idarə edilməsi məsələləri üzrə məsləhət vermək və biznes ehtiyaclarına uyğun həllər təklif etmək.
  • Biznes proseslərini, iş yerlərini və iş yükünü təhlil etmək, iş bölgüsü və resurs ehtiyacları üzrə əsaslandırılmış təkliflər hazırlamaq.
  • İT mühəndislik və satış istiqamətləri üzrə təşkilati strukturu təhlil etmək, strukturun optimallaşdırılması üzrə təkliflər hazırlamaq.
  • Vəzifə təlimatlarını hazırlamaq və yeniləmək, ştat cədvəlinin formalaşdırılmasında və işçi qüvvəsinin planlaşdırılmasında iştirak etmək.
  • Kritik vəzifələri müəyyənləşdirmək, varislik planını (Succession Planning) hazırlamaq və potensial varislərin inkişafını təşkil etmək.
  • Təlim ehtiyaclarının təhlilini (Training Needs Analysis – TNA) aparmaq, təlim planları hazırlamaq, təlimləri və təlimatlandırmaları təşkil etmək və keçirmək.
  • Rəhbər heyətin idarəetmə bacarıqlarının inkişafı üçün təlim proqramları hazırlamaq və həyata keçirmək.
  • Vəzifələrin qiymətləndirilməsi (Job Evaluation/Grading) prosesində iştirak etmək və KPI sisteminin hazırlanması və tətbiqinə metodoloji dəstək göstərmək.
  • Təhlillərin nəticələrini hesabat və təqdimatlar şəklində ümumiləşdirmək və rəhbərliyə təqdim etmək.
  • İR proseslərinin təkmilləşdirilməsi üçün süni intellekt alətlərindən istifadə etmək, əldə edilən nəticələrin dəqiqliyini və qanunvericiliyə uyğunluğunu yoxlamaq.
  • Digər struktur bölmələrlə əməkdaşlıq etmək və rəhbərlik tərəfindən verilən tapşırıqları müəyyən edilmiş müddətdə icra etmək.

Namizədə dair tələblər

  • İnsan resurslarının idarə edilməsi, menecment, iqtisadiyyat və ya digər uyğun ixtisas üzrə ali təhsil.
  • İnsan resursları sahəsində 5–7 il iş təcrübəsi, o cümlədən HR Business Partner, HR Generalist və ya təşkilati inkişaf istiqamətində təcrübə.
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə dərin biliklər və praktiki tətbiq bacarığı.
  • Daxili qaydaların, siyasətlərin, prosedurların və vəzifə təlimatlarının hazırlanması üzrə təcrübə.
  • Biznes proseslərinin, iş yerlərinin və iş yükünün təhlili bacarığı.
  • Təlimlərin keçirilməsi və təlimatlandırma aparılması üzrə təcrübə.
  • Rəhbər heyət üçün idarəetmə bacarıqlarının inkişafına yönəlmiş təlim proqramlarının hazırlanması və keçirilməsi üzrə təcrübə.
  • İT şirkətində və ya layihə əsaslı mühitdə iş təcrübəsi üstünlükdür.
  • İnsan resursları fəaliyyətində süni intellekt alətlərindən peşəkar istifadə, nəticələrin dəqiqliyini yoxlamaq və konfidensial məlumatları qorumaq bacarığı.
  • MS Excel (məlumatların təhlili, Pivot cədvəllər) və Bitrix24 ilə işləmək bacarığı üstünlükdür.
  • Azərbaycan dilini sərbəst bilmək; ingilis və rus dillərini bilmək üstünlükdür.
  • SHRM, CIPD və ya oxşar peşəkar sertifikatlar üstünlükdür.
  • Analitik və sistemli düşüncə, təşəbbüskarlıq, müstəqil işləmək və məsuliyyəti üzərinə götürmək bacarığı.
  • Müxtəlif səviyyəli rəhbərlərlə effektiv ünsiyyət, əsaslandırılmış müzakirə aparmaq, dəqiqlik və konfidensiallığa riayət etmək bacarığı.

Əlavə məlumat

  • İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək.
  • İstirahət günləri: şənbə və bazar günləri, habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş bayram və qeyri-iş günləri.
  • Vakansiya növü: tam ştat.
  • İş yeri: “Bakinity Distribution” MMC (Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 86B).
  • Əməkhaqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.

Təminatlar

  • Push30 platformasından istifadə imkanı.
  • AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
  • Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
  • Peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

More jobs at Bakinity Distribution MMC

Jobs at Bakinity Distribution MMC