İnsan resursları üzrə baş mütəxəssis (İR üzrə biznes tərəfdaşı)
Bakinity Distribution MMCBakıda insan resursları üzrə mütəxəssis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 22 oktyabr 2026
- Son müraciət tarixi
- 21 noyabr 2026
- Kateqoriya
- İnsan Resursları
Vakansiya haqqında
Bakinity Distribution MMC Bakıda insan resursları üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Struktur bölmə: İnsan resursları şöbəsi
Tabeçilik: Şöbə müdiri
İşin təsviri
- Cəmiyyətin daxili qaydalarını, siyasət və prosedurlarını əmək qanunvericiliyinə uyğun hazırlamaq, nəzərdən keçirmək və yeniləmək.
- Struktur bölmə rəhbərlərinə insan resurslarının idarə edilməsi məsələləri üzrə məsləhət vermək və biznes ehtiyaclarına uyğun həllər təklif etmək.
- Biznes proseslərini, iş yerlərini və iş yükünü təhlil etmək, iş bölgüsü və resurs ehtiyacları üzrə əsaslandırılmış təkliflər hazırlamaq.
- İT mühəndislik və satış istiqamətləri üzrə təşkilati strukturu təhlil etmək, strukturun optimallaşdırılması üzrə təkliflər hazırlamaq.
- Vəzifə təlimatlarını hazırlamaq və yeniləmək, ştat cədvəlinin formalaşdırılmasında və işçi qüvvəsinin planlaşdırılmasında iştirak etmək.
- Kritik vəzifələri müəyyənləşdirmək, varislik planını (Succession Planning) hazırlamaq və potensial varislərin inkişafını təşkil etmək.
- Təlim ehtiyaclarının təhlilini (Training Needs Analysis – TNA) aparmaq, təlim planları hazırlamaq, təlimləri və təlimatlandırmaları təşkil etmək və keçirmək.
- Rəhbər heyətin idarəetmə bacarıqlarının inkişafı üçün təlim proqramları hazırlamaq və həyata keçirmək.
- Vəzifələrin qiymətləndirilməsi (Job Evaluation/Grading) prosesində iştirak etmək və KPI sisteminin hazırlanması və tətbiqinə metodoloji dəstək göstərmək.
- Təhlillərin nəticələrini hesabat və təqdimatlar şəklində ümumiləşdirmək və rəhbərliyə təqdim etmək.
- İR proseslərinin təkmilləşdirilməsi üçün süni intellekt alətlərindən istifadə etmək, əldə edilən nəticələrin dəqiqliyini və qanunvericiliyə uyğunluğunu yoxlamaq.
- Digər struktur bölmələrlə əməkdaşlıq etmək və rəhbərlik tərəfindən verilən tapşırıqları müəyyən edilmiş müddətdə icra etmək.
Namizədə dair tələblər
- İnsan resurslarının idarə edilməsi, menecment, iqtisadiyyat və ya digər uyğun ixtisas üzrə ali təhsil.
- İnsan resursları sahəsində 5–7 il iş təcrübəsi, o cümlədən HR Business Partner, HR Generalist və ya təşkilati inkişaf istiqamətində təcrübə.
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə dərin biliklər və praktiki tətbiq bacarığı.
- Daxili qaydaların, siyasətlərin, prosedurların və vəzifə təlimatlarının hazırlanması üzrə təcrübə.
- Biznes proseslərinin, iş yerlərinin və iş yükünün təhlili bacarığı.
- Təlimlərin keçirilməsi və təlimatlandırma aparılması üzrə təcrübə.
- Rəhbər heyət üçün idarəetmə bacarıqlarının inkişafına yönəlmiş təlim proqramlarının hazırlanması və keçirilməsi üzrə təcrübə.
- İT şirkətində və ya layihə əsaslı mühitdə iş təcrübəsi üstünlükdür.
- İnsan resursları fəaliyyətində süni intellekt alətlərindən peşəkar istifadə, nəticələrin dəqiqliyini yoxlamaq və konfidensial məlumatları qorumaq bacarığı.
- MS Excel (məlumatların təhlili, Pivot cədvəllər) və Bitrix24 ilə işləmək bacarığı üstünlükdür.
- Azərbaycan dilini sərbəst bilmək; ingilis və rus dillərini bilmək üstünlükdür.
- SHRM, CIPD və ya oxşar peşəkar sertifikatlar üstünlükdür.
- Analitik və sistemli düşüncə, təşəbbüskarlıq, müstəqil işləmək və məsuliyyəti üzərinə götürmək bacarığı.
- Müxtəlif səviyyəli rəhbərlərlə effektiv ünsiyyət, əsaslandırılmış müzakirə aparmaq, dəqiqlik və konfidensiallığa riayət etmək bacarığı.
Əlavə məlumat
- İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək.
- İstirahət günləri: şənbə və bazar günləri, habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş bayram və qeyri-iş günləri.
- Vakansiya növü: tam ştat.
- İş yeri: “Bakinity Distribution” MMC (Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 86B).
- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.
Təminatlar
- Push30 platformasından istifadə imkanı.
- AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
- Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.