İnsan Resursları üzrə Assistent (HR Assistant/Team Assistant)
Tenglee Baku Marine & Engineering LLC (Baku Shipyard)HR specialist job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 23, 2026
- Apply before
- November 22, 2026
- Category
- Human Resources
About this job
Tenglee Baku Marine & Engineering LLC (Baku Shipyard) is hiring an HR specialist in Baku. Full-time. Apply directly to the employer.
İş yeri: Qaradağ rayonu, Salyan şossesi, Bakı, Azərbaycan
İş qrafiki: Bazar ertəsi – Cümə, saat 08:00–17:00
TengLee Marine & Engineering Sinqapur mənşəli, gəmiqayırma və dəniz mühəndisliyi sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkət Asiya, Yaxın Şərq, Avropa və Xəzər regionunda müxtəlif miqyaslı dəniz və offshore layihələrini həyata keçirir.
Vəzifə öhdəlikləri:
- Əməkdaşların şəxsi işlərinin və HR məlumat bazasının aparılması və yenilənməsi;
- İşçilər haqqında məlumatların düzgünlüyünün yoxlanılması və sistemləşdirilməsi;
- HR sənədlərinin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi;
- Gündəlik HR inzibati işlərinin və sənədləşmə proseslərinin dəstəklənməsi;
- Ofisə gələn qonaqların qəbulunun təşkili və lazımi dəstəyin göstərilməsi.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə bakalavr təhsili;
- Azərbaycan və ingilis dillərini bilmək mütləqdir; rus dilini arzuolunandır;
- MS Office proqramlarından, xüsusilə Microsoft Excel-dən istifadə bacarığı üstünlükdür;
- HR proqramları və ya məlumat bazaları ilə iş təcrübəsi üstünlükdür.
Əmək haqqı və üstünlüklər:
- Əmək haqqı müsahibə əsasında müəyyən edilir;
- Nahar və servis şirkət tərəfindən təmin edilir;
- Peşəkar inkişaf imkanları mövcuddur.
Əlavə məlumat:
- İş yerinin Qaradağ rayonunda yerləşdiyini nəzərə alaraq, Yasamal, Bayıl və ya Lökbatan ərazilərində yaşayan namizədlərə üstünlük veriləcəkdir.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.