Əsas məzmuna keç
GoJob

İnsan Resursları üzrə Assistent (HR Assistant/Team Assistant)

Tenglee Baku Marine & Engineering LLC (Baku Shipyard)Bakıda insan resursları üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
23 oktyabr 2026
Son müraciət tarixi
22 noyabr 2026

Bakı şəhərində İnsan Resursları üzrə vakansiyalar

Vakansiya haqqında

Tenglee Baku Marine & Engineering LLC (Baku Shipyard) Bakıda insan resursları üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş yeri: Qaradağ rayonu, Salyan şossesi, Bakı, Azərbaycan

İş qrafiki: Bazar ertəsi – Cümə, saat 08:00–17:00

TengLee Marine & Engineering Sinqapur mənşəli, gəmiqayırma və dəniz mühəndisliyi sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkət Asiya, Yaxın Şərq, Avropa və Xəzər regionunda müxtəlif miqyaslı dəniz və offshore layihələrini həyata keçirir.

Vəzifə öhdəlikləri:

  • Əməkdaşların şəxsi işlərinin və HR məlumat bazasının aparılması və yenilənməsi;
  • İşçilər haqqında məlumatların düzgünlüyünün yoxlanılması və sistemləşdirilməsi;
  • HR sənədlərinin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi;
  • Gündəlik HR inzibati işlərinin və sənədləşmə proseslərinin dəstəklənməsi;
  • Ofisə gələn qonaqların qəbulunun təşkili və lazımi dəstəyin göstərilməsi.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə bakalavr təhsili;
  • Azərbaycan və ingilis dillərini bilmək mütləqdir; rus dilini arzuolunandır;
  • MS Office proqramlarından, xüsusilə Microsoft Excel-dən istifadə bacarığı üstünlükdür;
  • HR proqramları və ya məlumat bazaları ilə iş təcrübəsi üstünlükdür.

Əmək haqqı və üstünlüklər:

  • Əmək haqqı müsahibə əsasında müəyyən edilir;
  • Nahar və servis şirkət tərəfindən təmin edilir;
  • Peşəkar inkişaf imkanları mövcuddur.

Əlavə məlumat:

  • İş yerinin Qaradağ rayonunda yerləşdiyini nəzərə alaraq, Yasamal, Bayıl və ya Lökbatan ərazilərində yaşayan namizədlərə üstünlük veriləcəkdir.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar