Skip to content
GoJob
Back to jobs

İşə qəbul üzrə mütəxəssis

Agro Dairy LLCRecruiter job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 24, 2026
Views
678
Applications
47
Apply before
December 24, 2026

Human Resources jobs in Baku

About this job

Agro Dairy LLC is hiring a recruiter in Baku. Full-time, on-site. The job lists 23 duties; apply by email, directly to the employer.

Agro Dairy PAŞA Holdinqin tərkibində fəaliyyət göstərir və Azərbaycanın kənd təsərrüfatı sektorunun aparıcı şirkətlər qrupudur. Şirkət 2014-cü ildə ölkənin ərzaq təhlükəsizliyini gücləndirmək məqsədilə yaradılıb. 2024-cü ildən isə ixtisaslaşmış şirkətləri birləşdirən vahid qrup kimi fəaliyyət göstərir. Bitkiçilik, taxıl emalı, heyvandarlıq, süd və ət istehsalı sahələrində 3000-dən çox əməkdaşımız çalışır. Ölkənin müxtəlif regionlarında 20 000 hektardan artıq suvarılan torpaq sahəsini idarə edirik. Məqsədimiz müasir texnologiyaların köməyi ilə torpaqları yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarmaq və ölkənin ərzaq təhlükəsizliyinə töhfə verməkdir.

Vakansiya haqqında

  • Sadəcə vakansiyaları bağlayan deyil, kənd təsərrüfatı sahəsində istedad bazarını yenidən formalaşdıracaq mütəxəssis axtarırıq.
  • Kənd təsərrüfatında ənənəvi işə qəbul üsulları çox vaxt nəticə vermir. Müəssisələrimiz regionlarda yerləşir, bir çox ixtisas nadirdir və ən yaxşı namizədlər iş elanlarına nadir hallarda müraciət edirlər. Burada uğur üçün yaradıcı düşüncə, geniş əlaqələr şəbəkəsi və texnologiyadan ağıllı istifadə lazımdır.
  • Bu vəzifədə Group Recruitment Manager-ə tabe olacaqsınız. Baş ofis və regional müəssisələr üçün işə qəbulu idarə edəcəksiniz. Həmçinin təhsil müəssisələri və dövlət qurumları ilə əməkdaşlığımızı inkişaf etdirəcəksiniz.

Working conditions

  • Ərzaq təhlükəsizliyi kimi strateji sahədə fəaliyyət göstərən aparıcı kənd təsərrüfatı qrupunda şirkətin inkişafına birbaşa töhfə vermək imkanı;
  • Yeni ideyaların dəstəkləndiyi və tətbiq olunduğu komanda;
  • Müasir ATS sistemi və rəqəmsal alətlərlə işləmək, təhsil müəssisələri ilə birgə layihələrdə iştirak etmək imkanı;
  • Tibbi sığorta, yemək və digər sosial təminatlar;
  • Ezamiyyət xərclərinin ödənilməsi;
  • Təlim və inkişaf imkanları;

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlərMüraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Responsibilities

İstedad axtarışı və işə qəbul strategiyası

  • İşə qəbul menecerləri ilə strateji tərəfdaş kimi çalışmaq, onların biznes ehtiyaclarını dərindən anlamaq və hər vakansiya üçün fərdi axtarış strategiyası hazırlamaq;
  • Vakansiyaları iş elanları saytlarında, sosial mediada və peşəkar şəbəkələrdə yaymaq, ənənəvi kanallarla yanaşı yeni və qeyri-standart mənbələr tapmaq;
  • Süni intellekt alətlərindən və ATS sisteminin imkanlarından istifadə edərək namizədlərin axtarışı, seçimi və qiymətləndirilməsi prosesini sürətləndirmək və keyfiyyətini artırmaq.

İşə qəbul prosesinin idarə edilməsi

  • Müraciətləri nəzərdən keçirmək, müsahibələri planlaşdırmaq və koordinasiya etmək;
  • Yekun mərhələyə çıxan namizədlərin əvvəlki iş təcrübəsini araşdırmaq və referans yoxlamalarını aparmaq;
  • İş təklifi üzrə danışıqlardan yeni əməkdaşın işə uyğunlaşmasına qədər bütün prosesi idarə etmək və hər mərhələdə müsbət namizəd təcrübəsi yaratmaq.

Tərəfdaşlıqlar və işəgötürən brendi

  • Davamlı namizəd axınını təmin etmək üçün universitetlər, kolleclər, peşə təhsili müəssisələri və Dövlət Məşğulluq Agentliyi ilə sıx əməkdaşlıq qurmaq və bu əlaqələri inkişaf etdirmək;
  • Əmək yarmarkalarında, karyera günlərində və təcrübə proqramlarında şirkəti təmsil etmək və işəgötürən brendini gücləndirmək;
  • Regionlara ezamiyyətlər zamanı yerli namizəd bazasını öyrənmək və genişləndirmək;
  • İşə qəbul sahəsindəki yeni tendensiyaları izləmək və prosesləri təkmilləşdirmək üçün innovativ yanaşmalar təklif etmək.

İdeal namizəd

  • İşə qəbul sahəsində ən azı 2 il təcrübəyə malikdir;
  • Müasir və qeyri-standart düşünür: ənənəvi kanallar nəticə vermədikdə yeni yollar tapır;
  • Yaradıcıdır: elan mətnindən namizədlə ünsiyyətə qədər hər mərhələyə fərqli yanaşır;
  • Müştəriyönümlüdür: işə qəbul menecerlərini daxili müştəri kimi görür, onların ehtiyaclarını tez anlayır və etibarlı tərəfdaşa çevrilir;
  • Peşəkar əlaqələr şəbəkəsi qurmağı və onu qorumağı bacarır, müxtəlif səviyyəli insanlarla asanlıqla ünsiyyət qurur;
  • MS Office proqramlarını yüksək səviyyədə bilir;
  • Gündəlik işində süni intellekt alətlərindən (ChatGPT, Claude, Copilot və s.) fəal istifadə edir;
  • Nəticəyönümlüdür və eyni vaxtda bir neçə vakansiya üzərində səmərəli işləyir;
  • Ali təhsillidir;
  • Regionlara ezamiyyətlərə hazırdır (iş vaxtının təxminən 30%-i).

Üstünlük sayılır

  • Rus və ingilis dillərini bilmək;
  • İstehsal, kənd təsərrüfatı və ya regional işə qəbul üzrə təcrübə;
  • ATS sistemləri ilə iş təcrübəsi.

Similar jobs

All recruiter jobs (5)

About Agro Dairy LLC

Open jobs
1
Last 6 months
37
Main city
Baku

Who they hire

  • agronomist
  • cook
  • coordinator
  • electrician
  • mechanic

Agro Dairy LLC jobs: this is the company's only open job on GoJob right now. The company most often hires for agronomist, cook, coordinator, electrician and mechanic. Over the last 6 months, working at Agro Dairy LLC was offered in 37 job posts. All Agro Dairy LLC careers openings are on the company page.

All Agro Dairy LLC jobs (1)

Questions about the İşə qəbul üzrə mütəxəssis job

What does Agro Dairy LLC offer?

  • Ərzaq təhlükəsizliyi kimi strateji sahədə fəaliyyət göstərən aparıcı kənd təsərrüfatı qrupunda şirkətin inkişafına birbaşa töhfə vermək imkanı;
  • Yeni ideyaların dəstəkləndiyi və tətbiq olunduğu komanda;
  • Müasir ATS sistemi və rəqəmsal alətlərlə işləmək, təhsil müəssisələri ilə birgə layihələrdə iştirak etmək imkanı;

In full: Working conditions

What will you do in this role?

  • İşə qəbul menecerləri ilə strateji tərəfdaş kimi çalışmaq, onların biznes ehtiyaclarını dərindən anlamaq və hər vakansiya üçün fərdi axtarış strategiyası hazırlamaq;
  • Vakansiyaları iş elanları saytlarında, sosial mediada və peşəkar şəbəkələrdə yaymaq, ənənəvi kanallarla yanaşı yeni və qeyri-standart mənbələr tapmaq;
  • Süni intellekt alətlərindən və ATS sisteminin imkanlarından istifadə edərək namizədlərin axtarışı, seçimi və qiymətləndirilməsi prosesini sürətləndirmək və keyfiyyətini artırmaq.

In full: Responsibilities

What are the hours?

Employment: Full time.

Can I work remotely?

No, the job is on site.

Where is the job?

Bakı.

How do I apply?

Press “Apply”: the company's email opens, send your CV there.