İşə qəbul üzrə mütəxəssis
Baku Steel CompanyRecruiter job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 13, 2026
- Apply before
- November 12, 2026
- Category
- Human Resources
About this job
Baku Steel Company is hiring a recruiter in Baku. Full-time. Apply directly to the employer.
Təsvir
- Açıq vakansiyalar üzrə namizədlərin müxtəlif işə qəbul platformaları vasitəsilə axtarışını və seçimini həyata keçirmək;
- Daxil olan CV-ləri təhlil etmək, uyğun namizədləri müəyyənləşdirmək və ilkin seçim prosesini aparmaq;
- Namizədlərlə müsahibələri təşkil etmək, müsahibələrdə iştirak etmək və qiymətləndirmə prosesini həyata keçirmək;
- Struktur bölmə rəhbərləri ilə əməkdaşlıq edərək vakansiyalar üzrə namizəd ehtiyaclarını müəyyənləşdirmək;
- Namizədlərin peşəkar bilik, bacarıq və səriştələrini müvafiq qiymətləndirmə üsulları ilə dəyərləndirmək;
- Seçilmiş namizədlər üzrə iş təkliflərini hazırlamaq və işə qəbuldan əvvəlki prosedurları koordinasiya etmək;
- İşə qəbul proseslərinə dair məlumatların sistematik qeydiyyatını aparmaq və müvafiq hesabatları hazırlamaq;
- İşə qəbul proseslərinin təkmilləşdirilməsi və namizəd bazasının genişləndirilməsi istiqamətində fəaliyyət göstərmək.
Tələblər
- Ali təhsil (İnsan resursları, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisaslar üzrə);
- İşə qəbul sahəsində minimum 2 il iş təcrübəsi;
- İngilis dili – yaxşı, rus dili – səlis səviyyədə;
- Namizədlərin axtarışı, seçimi və müsahibələrin aparılması üzrə praktiki bilik və bacarıqlar;
- LinkedIn və digər işə qəbul platformalarından istifadə bacarığı;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- HRM/ERP sistemləri (1C, SAP, Oracle və s.) ilə iş təcrübəsi üstünlükdür;
- Əmək qanunvericiliyinin işə qəbul prosesləri ilə bağlı əsas müddəaları üzrə biliklər;
- Güclü kommunikasiya, analitik düşünmə, təşkilatçılıq və komanda ilə işləmə bacarıqları
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Rəqabətli əmək haqqı;
- Təlimlər
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.