Skip to content
GoJob
Back to jobs

İşə qəbul və yeni əməkdaşların adaptasiyası üzrə mütəxəssis

Avant GroupIşə qəbul və yeni əməkdaşların adaptasiyası üzrə mütəxəssis job in Baku

Salary: from 1,500 ₼ / month

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 19, 2026
Views
707
Applications
25
Apply before
December 19, 2026

Construction & Real Estate jobs in Baku

About this job

Avant Group is hiring for the role “İşə qəbul və yeni əməkdaşların adaptasiyası üzrə mütəxəssis” in Baku. Full-time, salary 1,500 AZN. Apply directly to the employer.

Avant Group komandamıza yeni əməkdaş axtarırıq!

İnsan resurslarının idarə edilməsi sahəsində təcrübəli, ünsiyyət və təşkilatçılıq bacarıqları güclü, işə qəbul və yeni əməkdaşların adaptasiyası proseslərini müstəqil idarə edə bilən mütəxəssis axtarırıq.

Əsas vəzifə öhdəlikləri

  • Şirkətin struktur bölmələri üzrə işçi tələbatının müəyyənləşdirilməsi və vakansiya sorğularının koordinasiyası;
  • Vakansiyalar üzrə namizədlərin axtarışı, CV-lərin təhlili və ilkin seçim prosesinin həyata keçirilməsi;
  • İş elanlarının hazırlanması və müvafiq platformalarda yerləşdirilməsi;
  • Namizədlərlə ilkin müsahibələrin keçirilməsi və qiymətləndirilməsi;
  • Struktur rəhbərləri ilə müsahibələrin təşkili və koordinasiyası;
  • Seçilmiş namizədlərə iş təkliflərinin hazırlanması və təqdim edilməsi;
  • İşə qəbul üçün tələb olunan sənədlərin toplanması və rəsmiləşdirmə prosesinin koordinasiyası;
  • Yeni əməkdaşların şirkətə inteqrasiyası və adaptasiya prosesinin təşkili;
  • Sınaq müddətinin qiymətləndirilməsi prosesinin koordinasiyası;
  • İşə qəbul və adaptasiya prosesləri üzrə hesabatların hazırlanması və məlumat bazasının yenilənməsi.

Namizədə dair tələblər

  • Ali təhsil;
  • HR sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • İşə qəbul və adaptasiya prosesləri üzrə praktiki bilik və təcrübə;
  • Müsahibələrin aparılması və namizədlərin qiymətləndirilməsi bacarığı;
  • Əmək qanunvericiliyi üzrə ilkin biliklər;
  • MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı biliklər;
  • Yüksək kommunikasiya, planlaşdırma və təşkilatçılıq bacarıqları;
  • Analitik düşünmə və komanda ilə işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı. Rus və ingilis dillərini bilmək üstünlükdür.

İş şəraiti

  • İş yeri: Çıraq Plaza;
  • Əməkhaqqı: 1500–2000 AZN (net);
  • İş rejimi: 5 günlük iş həftəsi;
  • Əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilir.

Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “İşə qəbul və yeni əməkdaşların adaptasiyası üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim etmələri xahiş olunur.

More jobs at Avant Group

Jobs at Avant Group