Maliyyə və Mühasibatlıq üzrə Menecer (Finance & Accounting Manager)
Avant GroupMaliyyə və mühasibatlıq üzrə menecer job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 19, 2026
- Views
- 675
- Applications
- 39
- Apply before
- December 19, 2026
- Category
- Finance, Banking & Insurance
About this job
Avant Group is hiring for the role “Maliyyə və Mühasibatlıq üzrə Menecer” in Baku. Full-time. Apply directly to the employer.
İş yeri: Bakı
İş rejimi: Tam iş günü
Vəzifə haqqında
- Daşınmaz əmlak, camaşırxana xidmətləri, internet xidmətləri və çörək istehsalı sahələrində fəaliyyət göstərən bir neçə biznesin maliyyə və mühasibatlıq proseslərinin idarə edilməsi üçün təcrübəli mütəxəssis axtarırıq.
- Namizəd bir neçə biznes üzrə mühasibat uçotunu müstəqil təşkil etməli, maliyyə hesabatlarını hazırlamalı, pul vəsaitlərinin hərəkətinə, xərclərə və bizneslərin maliyyə nəticələrinə nəzarət etməlidir.
Əsas vəzifə öhdəlikləri
- Hər bir biznes üzrə mühasibat uçotunun ayrıca və düzgün aparılmasını təmin etmək;
- İlkin mühasibat sənədlərinin toplanması, yoxlanılması və sistemləşdirilməsini təşkil etmək;
- Aylıq mənfəət və zərər hesabatı (P&L), balans hesabatı (Balance Sheet) və pul vəsaitlərinin hərəkəti hesabatını (Cash Flow) hazırlamaq;
- Bütün bizneslər üzrə konsolidasiya olunmuş maliyyə hesabatlarını hazırlamaq;
- Vergi, DSMF, statistika və digər məcburi hesabatları hazırlamaq və aidiyyəti qurumlara təqdim etmək;
- Əməkhaqqının hesablanmasını və əməkhaqqı üzrə müvafiq hesabatların hazırlanmasını təmin etmək;
- Bank əməliyyatlarını, pul vəsaitlərinin qalıqlarını, debitor və kreditor borclarını izləmək və üzləşdirmələri aparmaq;
- Təsisçi tərəfindən yatırılan vəsaitlərin, verilən borcların, geri qaytarmaların və sahibkara edilən ödənişlərin ayrıca uçotunu aparmaq;
- Əsas vəsaitlərin, avadanlıqların və digər aktivlərin uçotunu düzgün təşkil etmək, kapital qoyuluşlarını cari xərclərdən fərqləndirmək;
- Pul vəsaitlərinin hərəkətini proqnozlaşdırmaq və ödəniş qrafiklərini hazırlamaq;
- Bizneslər üzrə gəlir və xərcləri təhlil etmək, büdcələrin icrasına və xərclərə nəzarət etmək;
- Bizneslərin maliyyə nəticələrini və gəlirliliyini təhlil etmək, rəhbərliyə müvafiq təkliflər vermək;
- Maliyyə əməliyyatları, xərclərin təsdiqi, hesab-fakturaların işlənməsi və sənədləşmə üzrə daxili prosedurların hazırlanmasında iştirak etmək;
- Rəhbərliyin sorğuları əsasında maliyyə təhlilləri, hesablamalar və proqnozlar hazırlamaq.
Namizədə dair tələblər
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil;
- Mühasibatlıq və maliyyə sahəsində minimum 5 il iş təcrübəsi;
- Bir neçə hüquqi şəxs və ya müxtəlif biznes istiqamətləri üzrə mühasibat uçotunun aparılması təcrübəsi;
- Azərbaycan Respublikasının vergi qanunvericiliyi, mühasibat uçotu və əmək qanunvericiliyi üzrə biliklər;
- P&L, Balance Sheet və Cash Flow hesabatlarının müstəqil hazırlanması və təhlili bacarığı;
- Büdcələşdirmə, maliyyə planlaşdırılması və pul vəsaitlərinin hərəkətinin idarə edilməsi üzrə təcrübə;
- 1C və MS Excel proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşünmə, detallara diqqət və maliyyə məlumatlarını düzgün şərh etmək bacarığı;
- Müstəqil işləmək, təşəbbüskarlıq və yüksək məsuliyyətlilik;
- Rus və ingilis dillərini bilmək üstünlükdür.
Biz nə təklif edirik?
- Müxtəlif biznes istiqamətləri üzrə peşəkar inkişaf imkanı;
- Maliyyə proseslərinin qurulması və təkmilləşdirilməsində iştirak;
- Birbaşa rəhbərliklə işləmək və qərarların qəbuluna analitik dəstək vermək;
- Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən ediləcək.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Finance & Accounting Manager" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.