Kassa və POS terminal üzrə Kiçik mütəxəssis
NBA Technologies International LLCKassa və POS terminal üzrə mütəxəssis job in Baku
Salary: from 500 ₼ / month
- Location
- Bakı, Xətai
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 11, 2026
- Apply before
- December 11, 2026
- Category
- Information Technology
About this job
NBA Technologies International LLC is hiring for the role “Kassa və POS terminal üzrə mütəxəssis” in Baku (Khatai district). Full-time, salary 500 AZN. Apply directly to the employer.
Namizədə dair tələblər:
- Kompüter bilikləri: MS Office proqramları və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur;
- Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili (arzuolunandır);
- İş təcrübəsi: 6 aydan az olmayaraq iş stajı;
- Problemləri həll etmə bacarığı;
- Stresə davamlı, punktual, məsuliyyətli, işində çevik və dəqiq olması;
- Komandada işləmək, öyrənmə bacarıqları;
- Sürücülük vəsiqəsi olanlara üstünlük verilir.
Vəzifə öhdəlikləri:
- POS terminallarının, nəzarət-kassa aparatlarının (NKA) və digər avadanlıqların ilkin texniki baxışının keçirilməsi, test edilməsi və sazlanması prosesində iştirak etmək;
- Obyektlər üzrə yaradılan ticketlərin düzgün və vaxtında icrasını təmin etmək;
- Müştərilərdən daxil olan texniki müraciətləri qeydə almaq və müvafiq texniki heyətə yönləndirmək;
- Servis xidmətləri ilə bağlı ofisə və ya əraziyə müraciət edən müştərilərə texniki dəstək göstərmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları müəyyən edilmiş müddətdə və dəqiq şəkildə yerinə yetirmək.
İş şəraiti
- İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
- İş yerinin ünvanı: Bakı, A. Quliyev küç., 1131, Babək Plaza
- Əmək haqqı: 500-550 AZN (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
Əlavə məlumat: Proqram təminatı, tiket proqramı, avadanlıqların təmiri barədə məlumatlar və s. namizədə öyrədiləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Kassa və POS terminal üzrə Kiçik mütəxəssis" adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.