Kassa və POS terminal üzrə Kiçik mütəxəssis
NBA Technologies International LLCBakıda kassa və POS terminal üzrə mütəxəssis vakansiyası
Maaş: 500 ₼-dən / ay
- Yerləşmə
- Bakı, Xətai
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 11 noyabr 2026
- Son müraciət tarixi
- 11 dekabr 2026
- Kateqoriya
- İnformasiya Texnologiyaları
Bakı şəhərində İnformasiya Texnologiyaları üzrə vakansiyalar
Vakansiya haqqında
NBA Technologies International LLC Bakının Xətai rayonunda «Kassa və POS terminal üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Namizədə dair tələblər:
- Kompüter bilikləri: MS Office proqramları və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur;
- Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili (arzuolunandır);
- İş təcrübəsi: 6 aydan az olmayaraq iş stajı;
- Problemləri həll etmə bacarığı;
- Stresə davamlı, punktual, məsuliyyətli, işində çevik və dəqiq olması;
- Komandada işləmək, öyrənmə bacarıqları;
- Sürücülük vəsiqəsi olanlara üstünlük verilir.
Vəzifə öhdəlikləri:
- POS terminallarının, nəzarət-kassa aparatlarının (NKA) və digər avadanlıqların ilkin texniki baxışının keçirilməsi, test edilməsi və sazlanması prosesində iştirak etmək;
- Obyektlər üzrə yaradılan ticketlərin düzgün və vaxtında icrasını təmin etmək;
- Müştərilərdən daxil olan texniki müraciətləri qeydə almaq və müvafiq texniki heyətə yönləndirmək;
- Servis xidmətləri ilə bağlı ofisə və ya əraziyə müraciət edən müştərilərə texniki dəstək göstərmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları müəyyən edilmiş müddətdə və dəqiq şəkildə yerinə yetirmək.
İş şəraiti
- İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
- İş yerinin ünvanı: Bakı, A. Quliyev küç., 1131, Babək Plaza
- Əmək haqqı: 500-550 AZN (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
Əlavə məlumat: Proqram təminatı, tiket proqramı, avadanlıqların təmiri barədə məlumatlar və s. namizədə öyrədiləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Kassa və POS terminal üzrə Kiçik mütəxəssis" adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.