Kateqoriya üzrə operator
ABVKateqoriya üzrə operator job in Baku
Salary: No salary given
About this job
ABV is hiring for the role “Kateqoriya üzrə operator” in Baku. Full-time. Apply directly to the employer.
İş yeri: Bakı şəhəri
İş qrafiki: Tam iş günü
ABV.az komandamıza məsuliyyətli, dəqiq və operativ işləmə bacarığına malik Kateqoriya üzrə operator axtarır!
Vəzifə öhdəlikləri
- Məhsulların kateqoriyalar üzrə sistemdə düzgün qeydiyyatını və təsnifatını həyata keçirmək;
- Məhsullara aid məlumatların (ad, kod, qiymət, kateqoriya və digər göstəricilər) informasiya sisteminə daxil edilməsini təmin etmək;
- Məhsul bazasının mütəmadi yenilənməsi və məlumatların düzgünlüyünə nəzarət etmək;
- Yeni məhsulların sistemə əlavə edilməsi və mövcud məhsul məlumatlarının redaktə olunmasını həyata keçirmək;
- Məhsul çeşidləri, qiymət dəyişiklikləri və kateqoriyalar üzrə məlumatları izləmək;
- Kateqoriya üzrə məsul şəxslərlə əməkdaşlıq edərək məlumatların vaxtında yenilənməsini təmin etmək;
- Məhsul məlumatlarında yaranan uyğunsuzluqları müəyyən etmək və aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;
- Kateqoriyalar və məhsul bazası üzrə gündəlik və dövri hesabatların hazırlanmasında iştirak etmək;
- Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları icra etmək.
Namizədə tələblər
- Ali və ya orta ixtisas təhsili;
- Müvafiq sahədə iş təcrübəsi arzuolunandır;
- MS Office proqramları, xüsusilə MS Excel üzrə yaxşı biliklər;
- Məlumatların daxil edilməsi və elektron bazalarla işləmək bacarığı;
- Azərbaycan və rus dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət;
- Analitik düşünmə və operativ qərarvermə bacarığı;
- Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı.
İş şəraiti
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- Stabil və peşəkar iş mühiti;
- Karyera və peşəkar inkişaf imkanları;
- Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kateqoriya üzrə operator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.