Əsas məzmuna keç
GoJob

Kateqoriya üzrə operator

ABVBakıda kateqoriya üzrə operator vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
30 oktyabr 2026
Son müraciət tarixi
29 noyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

ABV Bakıda «Kateqoriya üzrə operator» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş yeri: Bakı şəhəri

İş qrafiki: Tam iş günü

ABV.az komandamıza məsuliyyətli, dəqiq və operativ işləmə bacarığına malik Kateqoriya üzrə operator axtarır!

Vəzifə öhdəlikləri

  • Məhsulların kateqoriyalar üzrə sistemdə düzgün qeydiyyatını və təsnifatını həyata keçirmək;
  • Məhsullara aid məlumatların (ad, kod, qiymət, kateqoriya və digər göstəricilər) informasiya sisteminə daxil edilməsini təmin etmək;
  • Məhsul bazasının mütəmadi yenilənməsi və məlumatların düzgünlüyünə nəzarət etmək;
  • Yeni məhsulların sistemə əlavə edilməsi və mövcud məhsul məlumatlarının redaktə olunmasını həyata keçirmək;
  • Məhsul çeşidləri, qiymət dəyişiklikləri və kateqoriyalar üzrə məlumatları izləmək;
  • Kateqoriya üzrə məsul şəxslərlə əməkdaşlıq edərək məlumatların vaxtında yenilənməsini təmin etmək;
  • Məhsul məlumatlarında yaranan uyğunsuzluqları müəyyən etmək və aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;
  • Kateqoriyalar və məhsul bazası üzrə gündəlik və dövri hesabatların hazırlanmasında iştirak etmək;
  • Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları icra etmək.

Namizədə tələblər

  • Ali və ya orta ixtisas təhsili;
  • Müvafiq sahədə iş təcrübəsi arzuolunandır;
  • MS Office proqramları, xüsusilə MS Excel üzrə yaxşı biliklər;
  • Məlumatların daxil edilməsi və elektron bazalarla işləmək bacarığı;
  • Azərbaycan və rus dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  • Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət;
  • Analitik düşünmə və operativ qərarvermə bacarığı;
  • Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı.

İş şəraiti

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
  • Stabil və peşəkar iş mühiti;
  • Karyera və peşəkar inkişaf imkanları;
  • Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kateqoriya üzrə operator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

ABV şirkətinin digər vakansiyaları

ABV vakansiyaları