Skip to content
GoJob

Keyfiyyətə Nəzarət üzrə İnspektor

Almet-STPQuality control specialist job in Sumgait

Salary: No salary given

Location
Sumqayıt
Work mode
On-site
Employment type
Full time
Posted
September 11, 2026
Apply before
November 5, 2026

About this job

Almet-STP is hiring a quality control specialist in Sumgait. Full-time. Apply directly to the employer.

İş şəraiti

  • Ünvan: Sumqayıt şəhəri
  • İş qrafiki: Növbəli
  • Şirkət tərəfindən təmin olunan üstünlüklər: Servis xidməti və nahar təminatı

Əsas vəzifələr:

  • İstehsal olunan məhsulların keyfiyyət göstəricilərinə nəzarət etmək və yoxlamalar aparmaq;
  • İstehsal prosesində yaranan qüsurları vaxtında aşkar etmək və qeydə almaq;
  • Hazır məhsul və pəstahların müəyyən edilmiş standartlara uyğunluğunu yoxlamaq;
  • Ölçü vasitələrindən istifadə etməklə məhsulların ölçü və texniki göstəricilərini yoxlamaq;
  • İstehsal olunan pəstahların uçotunu və hesabatını aparmaq;
  • Keyfiyyət yoxlamalarının nəticələrini sənədləşdirmək və müvafiq hesabatlar hazırlamaq;
  • Müəssisədə tətbiq olunan standart, texniki şərt və normativ sənədlərlə işləmək;
  • Əritmə və istehsal sahələri ilə koordinasiyalı şəkildə keyfiyyətə nəzarəti həyata keçirmək.

Namizədə tələblər:

  • Metallurgiya ixtisası üzrə ali təhsil;
  • Metallurgiya sahəsində, xüsusilə əritmə sahəsində iş təcrübəsi;
  • Məhsulların keyfiyyətinin yoxlanılması və qüsurların aşkar edilməsi bacarığı;
  • Standartlar və texniki sənədlərlə işləmək bacarığı;
  • Ölçü vasitələrindən düzgün istifadə etmək bacarığı;
  • İstehsal və pəstah uçotunun aparılması üzrə bilik və bacarıqlar;
  • Hesabatların hazırlanması və sənədləşdirmə bacarığı;
  • Məsuliyyətli, diqqətli və analitik düşüncəli olmaq.

İşə qəbul zamanı üstünlük veriləcək:

  • Metallurgiya zavodunda Keyfiyyətə Nəzarət, Texniki Nəzarət və ya İstehsalat sahəsində iş təcrübəsi;
  • Əritmə prosesləri və metallurgiya texnologiyası üzrə praktiki biliklər;
  • Keyfiyyət standartları və texniki normativ sənədlər üzrə təcrübə

Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Similar jobs