İstehsalatda xətt operatoru
ASSAN-STP PanelProduction operator job in Sumgait
Salary: No salary given
- Location
- Sumqayıt
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 13, 2026
- Apply before
- November 12, 2026
- Category
- Manufacturing & Agriculture
About this job
ASSAN-STP Panel is hiring a production operator in Sumgait. Full-time. Apply directly to the employer.
İş şəraiti
- İş yeri: Azərbaycan, Sumqayıt
- İş qrafiki: 5 günlük – 08:00-16:00 (1-ci növbə), 16:00-00:00 (2-ci növbə)
- Şənbə və bazar istirahət günləri
Vəzifə öhdəlikləri:
- Xətt işə düşməzdən əvvəl polimer örtüklü polad lövhə rulonlarının düzgün yerləşdirilməsini təmin etmək;
- Polimer örtüklü polad lövhənin formaverici valların arasından standartlara uyğun keçməsini təmin etmək;
- Süngər və ya bantın sendviç panellərinin yanlarına düzgün vurulmasını təmin etmək;
- Nasosların normal təzyiqlə çalışmasına nəzarət etmək;
- Xəttin sürətinə nəzarət etmək;
- Xammal qarışığı tökülən ucluqdan qarışığın normada tökülməsinə nəzarət etmək;
- Ucluğun yuyulması üçün istifadə edilən yuyucu maddə və su qarışığının olduğu çənin səviyyəsinə və təzyiqinə nəzarət etmək;
- Press sahəsində divar və ya dam panellərinin hərəkətinə və pressin qaydaya uyğun tənzimlənməsini təmin etmək
- Press formaların düzgün yığılmasını təmin etmək;
- Sendviç panel istehsal xəttinin iş prinsipi barədə biliklərə sahib olmaq (polimer örtüklü polad lövhə, PUR/PİR, Daş yun);
- İstehsal prosesinin müxtəlif mərhələlərində (formalaşdırma, pressləmə, kəsmə və paketləmə) avadanlıqların işinə nəzarət etmək;
- İstehsal zamanı texniki parametrlərin (sürət, təzyiq, ölçü standartları və s.) tələblərə uyğunluğunu təmin etmək;
- Sifarişlərin və istehsal göstəricilərinin izlənilməsi məqsədilə əsas kompüter biliklərinə malik olmaq.
Namizədə olan tələblər:
- Orta və ya orta-ixtisas təhsil;
- İstehsalat sahəsində minimum 2 il iş təcrübəsi;
- Yeni texnologiyalara öyrənməyə həvəsli;
- Dinamik və tələbkar iş mühitində işləməyə hazırlıqlı.
Digər məlumatlar:
- Servislə təmin olunma;
- Nahar şirkət tərəfindən təmin edilir;
- İllik Tibbi sığorta paketi;
- Əmək haqqı namizədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən ediləcək.
Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.