Skip to content
GoJob

Risk və komplayens meneceri

Arzoomavto MMCCompliance specialist job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 4, 2026
Apply before
December 4, 2026

Finance, Banking & Insurance jobs in Baku

About this job

Arzoomavto MMC is hiring a compliance specialist in Baku. Full-time. Apply directly to the employer.

Vəzifə öhdəlikləri

Kredit riski

  • Qərar mexanizminin hesabatına baxmaq və hər fiziki şəxs müraciəti üzrə risk rəyi yazmaq
  • Hüquqi şəxslərin maliyyə hesabatlarını təhlil etmək və 2 iş günü ərzində rəy vermək
  • Kredit Komitəsinin iclaslarında səs vermək, qeyri-standart müraciətlər üzrə təklif hazırlamaq
  • Zaminlərin (fiziki və hüquqi şəxslər) ödəmə qabiliyyətini qiymətləndirmək

Qərar mexanizmi və siyasətlər

  • Qərar mexanizminin qaydalarını, skor və limitləri hazırlamaq, Kredit Komitəsinin təsdiqinə təqdim etmək
  • Qaydaların nəticələrini data analitiki ilə birlikdə izləmək və lazım olduqda dəyişiklik təklif etmək
  • Kredit siyasətini, risk iştahı və limitlər sənədlərini yazmaq və aktual saxlamaq

Komplayens və AML

  • KYC, AML, PEP və sanksiya yoxlamalarına nəzarət etmək
  • Avtomobil satıcılarının və tərəfdaşların yoxlanmasını təşkil etmək
  • AML proqramını yazmaq, şübhəli əməliyyatlar üzrə qərar vermək və Maliyyə Monitorinqi Xidmətinə hesabat prosesini qurmaq
  • Müşahidə Şurasına AML üzrə dövri hesabat vermək

Daxili nəzarət

  • Aylıq bank və uçot qalıqlarının tutuşdurulmasını yoxlamaq
  • Sistemlərə giriş hüquqlarına nəzarət etmək
  • Portfelin risk göstəricilərini (gecikmə mərhələləri, konsentrasiya) aylıq hesabatda təqdim etmək

Tələblər

  • Ali təhsil: iqtisadiyyat, maliyyə, bank işi və ya riyaziyyat
  • Bankda, BOKT-da və ya lizinq şirkətində kredit riski və ya anderrayting üzrə ən azı 1 il təcrübə
  • AML/CFT qanunvericiliyi, PEP və sanksiya yoxlamaları üzrə praktik bilik
  • Fiziki və hüquqi şəxslərin maliyyə vəziyyətini təhlil etmək bacarığı
  • Azərbaycan Kredit Bürosu hesabatları ilə iş təcrübəsi

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Risk və kamplayens meneceri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

Similar jobs