Risk və komplayens meneceri
Arzoomavto MMCBakıda komplayens üzrə mütəxəssis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 4 noyabr 2026
- Son müraciət tarixi
- 4 dekabr 2026
- Kateqoriya
- Maliyyə, Bank və Sığorta
Vakansiya haqqında
Arzoomavto MMC Bakıda komplayens üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vəzifə öhdəlikləri
Kredit riski
- Qərar mexanizminin hesabatına baxmaq və hər fiziki şəxs müraciəti üzrə risk rəyi yazmaq
- Hüquqi şəxslərin maliyyə hesabatlarını təhlil etmək və 2 iş günü ərzində rəy vermək
- Kredit Komitəsinin iclaslarında səs vermək, qeyri-standart müraciətlər üzrə təklif hazırlamaq
- Zaminlərin (fiziki və hüquqi şəxslər) ödəmə qabiliyyətini qiymətləndirmək
Qərar mexanizmi və siyasətlər
- Qərar mexanizminin qaydalarını, skor və limitləri hazırlamaq, Kredit Komitəsinin təsdiqinə təqdim etmək
- Qaydaların nəticələrini data analitiki ilə birlikdə izləmək və lazım olduqda dəyişiklik təklif etmək
- Kredit siyasətini, risk iştahı və limitlər sənədlərini yazmaq və aktual saxlamaq
Komplayens və AML
- KYC, AML, PEP və sanksiya yoxlamalarına nəzarət etmək
- Avtomobil satıcılarının və tərəfdaşların yoxlanmasını təşkil etmək
- AML proqramını yazmaq, şübhəli əməliyyatlar üzrə qərar vermək və Maliyyə Monitorinqi Xidmətinə hesabat prosesini qurmaq
- Müşahidə Şurasına AML üzrə dövri hesabat vermək
Daxili nəzarət
- Aylıq bank və uçot qalıqlarının tutuşdurulmasını yoxlamaq
- Sistemlərə giriş hüquqlarına nəzarət etmək
- Portfelin risk göstəricilərini (gecikmə mərhələləri, konsentrasiya) aylıq hesabatda təqdim etmək
Tələblər
- Ali təhsil: iqtisadiyyat, maliyyə, bank işi və ya riyaziyyat
- Bankda, BOKT-da və ya lizinq şirkətində kredit riski və ya anderrayting üzrə ən azı 1 il təcrübə
- AML/CFT qanunvericiliyi, PEP və sanksiya yoxlamaları üzrə praktik bilik
- Fiziki və hüquqi şəxslərin maliyyə vəziyyətini təhlil etmək bacarığı
- Azərbaycan Kredit Bürosu hesabatları ilə iş təcrübəsi
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Risk və kamplayens meneceri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.