HVAC (Havalandırma, İsitmə və Soyutma) sistemləri üzrə mühəndis
EuroClima MMCHVAC technician job in Baku
Salary: from 2,000 ₼ / month
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 26, 2026
- Apply before
- November 25, 2026
- Category
- Engineering
About this job
EuroClima MMC is hiring an HVAC technician in Baku. Full-time, salary 2,000 AZN. Apply directly to the employer.
Vəzifə öhdəlikləri:
- Havalandırma, isitmə - soyutma , su kanalizasya və yanğın (Sulu söndürmə) sistemləri işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək;
- Bina və obyektlərdə havalandırma, isitmə - soyutma və yanğın (Sulu söndürmə) sistemlərin quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq;
- İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin tərtibi üçün geniş texniki hesablamaları aparmaq;
- Avadanlıqların seçilməsi, avadanlıqların (yük hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin hesablanma işlərini aparmaq;
- Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun müşahidə prosesini həyata geçirmek;
- Sahə səfərlərinə getmək, BOQ və Qüsur aktı hazırlamaq,
- Görülmüş işlər üzrə Forma 2 və son layihələrin hazırlamaq,
- Layihələndirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə etmək;
- Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
- Müxtəlif təyinatlı tikili və təmir işlərinin HVAC cizgilərin AutoCAD vasitəsi ilə çəkilməsi;
- Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
- Layihə sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək;
- İdarənin özünün tikintiləri üçün, podratçı təşkilatlarını layihə sənədləri ilə təmin etmək;
- Təsdiq olunmuş layihə-smeta sənədlərinə uyğun, yerlərdə işlərin gedişatına mütəmadi nəzarət funksiyasını həyata keçirmək;
- Faktiki işlərin gedişinə uyğun olaraq layihə-smeta sənədlərinə vaxtında düzəlişlər etmək və həmin düzəlişlər barədə aidiyyəti şöbələrə məlumat vermək;
- Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədləri hazırlamaq;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
- Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək və layihə üçün vaxt planının müəyyən edilməsi;
- Layihələri FNH ekspertiza idarəsinin tələblərinə uyğun hazırlamaq və ekspertiza idarəsinə təhvil verərək, layihəni müdafiə etmək;
- Ümumi layihələrə aid sənədlərin ayıq (hər ayın əvvəli) tərtib edilməsi (Forma 2, Smeta və.s);
- Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırlmasında iştirak etmək.
- Rəhbərliyin HVAC sistemlərinin fəaliyyəti ilə bağlı verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər:
- HVAC mühəndisi ixtisası üzrə ali təhsil; ( Kommunikasiya sistemləri mühəndisliyi, İstilik,
- Ventilyasiya, Kondisionerləşdirmə və Santexnika)
- MS office və AutoCAD proqramlarını əla səviyyədə bilməli;
- Sahə üzrə minimum 3-5 il təcrübə;
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili yaxşı səviyyədə;
- VRF (VRV), Çiller, Qazanxana və havalandırma və santexnika sistemləri üzrə biliklərin olması;
- Sahə işlərinə və ezamiyyətlərə hazır olmaq;
Şərtlər:
- Ünvan: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç. 51K;
- İş rejimi: 6 günlük iş həftəsi;
- Korporatov nömrə;
- Əmək haqqı: 2000 - 2300 AZN (namizədin bilik və bacarıqlarına əsasən dəyişir) ediləcək-yüksəkdir;
Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “HVAC sistemləri üzrə mühəndis” qeyd edərək, öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər;
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.