Əsas məzmuna keç
GoJob

HVAC (Havalandırma, İsitmə və Soyutma) sistemləri üzrə mühəndis

EuroClima MMCBakıda kondisioner ustası vakansiyası

Maaş: 2.000 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
26 oktyabr 2026
Son müraciət tarixi
25 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

EuroClima MMC Bakıda kondisioner ustası axtarır. Tam ştat, maaş 2 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri:

  • Havalandırma, isitmə - soyutma ,  su  kanalizasya və yanğın (Sulu söndürmə) sistemləri işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək;
  • Bina və obyektlərdə havalandırma, isitmə - soyutma və yanğın (Sulu söndürmə) sistemlərin quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq;
  • İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin tərtibi üçün geniş texniki hesablamaları aparmaq;
  • Avadanlıqların seçilməsi, avadanlıqların (yük hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin hesablanma işlərini aparmaq;
  • Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun müşahidə prosesini həyata geçirmek;
  • Sahə səfərlərinə getmək, BOQ və Qüsur aktı  hazırlamaq, 
  • Görülmüş işlər üzrə Forma 2 və  son layihələrin hazırlamaq,
  • Layihələndirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə etmək;
  • Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
  • Müxtəlif təyinatlı tikili və təmir işlərinin HVAC cizgilərin AutoCAD vasitəsi ilə çəkilməsi;
  • Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
  • Layihə sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək;
  • İdarənin özünün tikintiləri üçün, podratçı təşkilatlarını layihə sənədləri ilə təmin etmək;
  • Təsdiq olunmuş layihə-smeta sənədlərinə uyğun, yerlərdə işlərin gedişatına mütəmadi nəzarət funksiyasını həyata keçirmək;
  • Faktiki işlərin gedişinə uyğun olaraq layihə-smeta sənədlərinə vaxtında düzəlişlər etmək və həmin düzəlişlər barədə aidiyyəti şöbələrə məlumat vermək;
  • Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədləri hazırlamaq;
  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
  • Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək və layihə üçün vaxt planının müəyyən edilməsi;
  • Layihələri FNH ekspertiza idarəsinin tələblərinə uyğun hazırlamaq və ekspertiza idarəsinə təhvil verərək, layihəni müdafiə etmək;
  • Ümumi layihələrə aid sənədlərin ayıq (hər ayın əvvəli) tərtib edilməsi (Forma 2, Smeta və.s);
  • Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırlmasında iştirak etmək.
  • Rəhbərliyin HVAC sistemlərinin fəaliyyəti ilə bağlı verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Tələblər:

  • HVAC mühəndisi ixtisası üzrə ali təhsil; ( Kommunikasiya sistemləri mühəndisliyi,  İstilik,   
  • Ventilyasiya,  Kondisionerləşdirmə və Santexnika)
  • MS office və AutoCAD proqramlarını əla səviyyədə bilməli;
  • Sahə üzrə minimum 3-5 il təcrübə;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili yaxşı səviyyədə;
  • VRF (VRV), Çiller, Qazanxana və havalandırma və santexnika sistemləri üzrə biliklərin olması;
  • Sahə işlərinə və ezamiyyətlərə hazır olmaq;

Şərtlər:

  • Ünvan: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç. 51K;
  • İş rejimi:  6 günlük iş həftəsi;
  • Korporatov nömrə;
  • Əmək haqqı: 2000 - 2300 AZN (namizədin bilik və bacarıqlarına əsasən dəyişir) ediləcək-yüksəkdir;

Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “HVAC sistemləri üzrə mühəndis” qeyd edərək, öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər;

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiyalar