Kontent meneceri
Minor Business GroupContent manager job in Baku
Salary: from 700 ₼ / month
About this job
Minor Business Group is hiring a content manager in Baku. Full-time, salary 700 AZN. Apply directly to the employer.
Minor Şirkətlər Qrupuna daxil olan şirkətlərin sosial media kontentini hazırlayacaq Kontent menecer axtarırıq.
Vəzifə öhdəlikləri:
- Sosial media hesabları (Instagram, TikTok, Facebook) üçün aylıq kontent planının hazırlanması
- Post, story və reels üçün mətnlərin yazılması
- Reels və video ssenarilərinin hazırlanması
- Dizayner və çəkiliş qrupu üçün brif hazırlanması, işin vaxtında hazır olmasına nəzarət
- Yeni məhsullar, endirimlər və kampaniyalar haqqında kontent hazırlanması
- Məhsulların istifadəsi və faydaları ilə bağlı məlumatlandırıcı kontent hazırlanması
- Paylaşımların vaxtında edilməsi
- Kosmetika və təmizlik sahəsində trendlərin və rəqiblərin izlənməsi
- Kontentin nəticələrinin izlənməsi və aylıq hesabat hazırlanması
- Qrupun digər şirkətlərinin kontentləri üçün təkliflər hazırlamaq
- Lazım olduqda qrupun digər şirkətləri üçün ssenarilərin hazırlanmasına dəstək vermək
Namizədə tələblər:
- Marketinq və ya müvafiq sahədə ali təhsil üstünlükdür
- SMM, kontent yaradılması və ya kopiraytinq sahəsində minimum 1 il iş təcrübəsi
- Azərbaycan dilində səliqəli və təbii yazı bacarığı
- Kreativ düşüncə və müxtəlif formatlar üçün kontent ideyaları hazırlamaq bacarığı
- Reels və trend kontent formatlarını yaxşı bilmək
- Yaradıcı, məsuliyyətli və komandada işləməyi bacaran
İş şəraiti:
- İş qrafiki: həftə içi 5 gün
- Əmək haqqı: 700 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.