Əsas məzmuna keç
GoJob

Kontent meneceri

Minor Business GroupBakıda kontent meneceri vakansiyası

Maaş: 700 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
29 oktyabr 2026
Son müraciət tarixi
28 noyabr 2026
Kateqoriya
Marketinq

Bakı şəhərində Marketinq üzrə vakansiyalar

Vakansiya haqqında

Minor Business Group Bakıda kontent meneceri axtarır. Tam ştat, maaş 700 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Minor Şirkətlər Qrupuna daxil olan şirkətlərin sosial media kontentini hazırlayacaq Kontent menecer axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Sosial media hesabları (Instagram, TikTok, Facebook) üçün aylıq kontent planının hazırlanması
  • Post, story və reels üçün mətnlərin yazılması
  • Reels və video ssenarilərinin hazırlanması
  • Dizayner və çəkiliş qrupu üçün brif hazırlanması, işin vaxtında hazır olmasına nəzarət
  • Yeni məhsullar, endirimlər və kampaniyalar haqqında kontent hazırlanması
  • Məhsulların istifadəsi və faydaları ilə bağlı məlumatlandırıcı kontent hazırlanması
  • Paylaşımların vaxtında edilməsi
  • Kosmetika və təmizlik sahəsində trendlərin və rəqiblərin izlənməsi
  • Kontentin nəticələrinin izlənməsi və aylıq hesabat hazırlanması
  • Qrupun digər şirkətlərinin kontentləri üçün təkliflər hazırlamaq
  • Lazım olduqda qrupun digər şirkətləri üçün ssenarilərin hazırlanmasına dəstək vermək

Namizədə tələblər:

  • Marketinq və ya müvafiq sahədə ali təhsil üstünlükdür
  • SMM, kontent yaradılması və ya kopiraytinq sahəsində minimum 1 il iş təcrübəsi
  • Azərbaycan dilində səliqəli və təbii yazı bacarığı
  • Kreativ düşüncə və müxtəlif formatlar üçün kontent ideyaları hazırlamaq bacarığı
  • Reels və trend kontent formatlarını yaxşı bilmək
  • Yaradıcı, məsuliyyətli və komandada işləməyi bacaran

İş şəraiti:

  • İş qrafiki: həftə içi 5 gün
  • Əmək haqqı: 700 AZN

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Minor Business Group şirkətinin digər vakansiyaları

Minor Business Group vakansiyaları