Koordinator-(İnventar)
Army GroupCoordinator job
Salary: from 800 ₼ / month
- Location
- Abşeron
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 4, 2026
- Apply before
- December 4, 2026
- Category
- Sales & Retail
About this job
Army Group is hiring a coordinator. Full-time, salary 800 AZN. Apply directly to the employer.
Şirkətimizdə çalışmaq istəyən, məsuliyyətli və işində dəqiq olan Koordinator (İnventar) tələb olunur.
İş şəraiti:
- Ünvan: Bakı-Şamaxı şosesi, Hökməli dairəsi
- Əmək haqqı: 800 - 1000 AZN (Müsahibə əsasında dəyişə bilər)
- İş qrafiki: Tam iş günü (5 gün)
- İş saatı: 09:00 – 18:00
- Təklif edirik: Mobil nömrə ilə təminat, nahar yeməyi.
Namizədə dair əsas tələblər:
- Ali və ya orta ixtisas təhsili (iqtisadiyyat, mühasibat uçotu, logistika, idarəetmə və ya əlaqəli sahə) və müvafiq istiqamətdə ən az 1-2 illik iş təcrübəsi;
- Koordinasiya və ya təşkilatçılıq sahəsində iş təcrübəsi;
- Yüksək kommunikasiya bacarığı, komanda, rəhbərlik (sahibkar) və xarici tərəflərlə səmərəli əlaqə qurmaq bacarığı;
- Prioritetləri düzgün müəyyənləşdirmək, işin gedişini izləmək və problemləri vaxtında həll etmək bacarığı;
- İnventar və anbar uçotunun əsaslarını bilmək;
- 1C proqramında işləmək, inventar üzrə əməliyyatları qeydə almaq və hesabatları hazırlamaq bacarığı;
- Microsoft Office proqramlarını (Excel, Word) yaxşı bilmək;
- Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq;
- Cins üzrə məhdudiyyət nəzərdə tutulmur.
Əsas vəzifə öhdəlikləri:
- Fəaliyyətlərin və təşkilat daxilindəki əməliyyatların düzgün və vaxtında həyata keçirilməsini təmin etmək üçün komanda üzvləri, rəhbərlik və digər əlaqəli tərəflərlə əlaqə qurmaq və məlumatları əlaqələndirmək;
- Daxili və xarici tərəflər arasında effektiv və daimi kommunikasiyanı qurmaq;
- Komanda üzvləri ilə gündəlik, həftəlik və aylıq status görüşlərini təşkil etmək;
- Birbaşa rəhbərlə əlaqədə olmaq, lazımi məlumatları və hesabatları ona vaxtında ötürmək, iş gedişi barədə məlumat vermək;
- Problemlərin vaxtında həlli üçün müvafiq tədbirlər görmək;
- İnventarın izlənilməsi və qeydiyyatı prosesini əlaqələndirmək, maddi sərvətlərin və malların hərəkətinin müvafiq sənədlərlə təsdiqlənməsini təmin etmək;
- İnventar balanslarını və stok səviyyələrini yoxlamaq, uyğunsuzluq hallarını rəhbərliyə çatdırmaq;
- İnventar hərəkətlərinə dair gündəlik, həftəlik və aylıq hesabatları 1C proqramında hazırlayıb vaxtında təqdim etmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.