Əsas məzmuna keç
GoJob

Koordinator-(İnventar)

Army GroupKoordinator vakansiyası

Maaş: 800 ₼-dən / ay

Yerləşmə
Abşeron
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
4 noyabr 2026
Son müraciət tarixi
4 dekabr 2026

Vakansiya haqqında

Army Group koordinator axtarır. Tam ştat, maaş 800 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

 Şirkətimizdə çalışmaq istəyən, məsuliyyətli və işində dəqiq olan Koordinator (İnventar) tələb olunur.

İş şəraiti:

  • Ünvan: Bakı-Şamaxı şosesi, Hökməli dairəsi
  • Əmək haqqı: 800 - 1000 AZN (Müsahibə əsasında dəyişə bilər)
  • İş qrafiki: Tam iş günü (5 gün)
  • İş saatı: 09:00 – 18:00
  • Təklif edirik: Mobil nömrə ilə təminat, nahar yeməyi.

Namizədə dair əsas tələblər:

  • Ali və ya orta ixtisas təhsili (iqtisadiyyat, mühasibat uçotu, logistika, idarəetmə və ya əlaqəli sahə) və müvafiq istiqamətdə ən az 1-2 illik iş təcrübəsi;
  • Koordinasiya və ya təşkilatçılıq sahəsində iş təcrübəsi;
  • Yüksək kommunikasiya bacarığı, komanda, rəhbərlik (sahibkar) və xarici tərəflərlə səmərəli əlaqə qurmaq bacarığı;
  • Prioritetləri düzgün müəyyənləşdirmək, işin gedişini izləmək və problemləri vaxtında həll etmək bacarığı;
  • İnventar və anbar uçotunun əsaslarını bilmək;
  • 1C proqramında işləmək, inventar üzrə əməliyyatları qeydə almaq və hesabatları hazırlamaq bacarığı;
  • Microsoft Office proqramlarını (Excel, Word) yaxşı bilmək;
  • Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq;
  • Cins üzrə məhdudiyyət nəzərdə tutulmur.

Əsas vəzifə öhdəlikləri:

  • Fəaliyyətlərin və təşkilat daxilindəki əməliyyatların düzgün və vaxtında həyata keçirilməsini təmin etmək üçün komanda üzvləri, rəhbərlik və digər əlaqəli tərəflərlə əlaqə qurmaq və məlumatları əlaqələndirmək;
  • Daxili və xarici tərəflər arasında effektiv və daimi kommunikasiyanı qurmaq;
  • Komanda üzvləri ilə gündəlik, həftəlik və aylıq status görüşlərini təşkil etmək;
  • Birbaşa rəhbərlə əlaqədə olmaq, lazımi məlumatları və hesabatları ona vaxtında ötürmək, iş gedişi barədə məlumat vermək;
  • Problemlərin vaxtında həlli üçün müvafiq tədbirlər görmək;
  • İnventarın izlənilməsi və qeydiyyatı prosesini əlaqələndirmək, maddi sərvətlərin və malların hərəkətinin müvafiq sənədlərlə təsdiqlənməsini təmin etmək;
  • İnventar balanslarını və stok səviyyələrini yoxlamaq, uyğunsuzluq hallarını rəhbərliyə çatdırmaq;
  • İnventar hərəkətlərinə dair gündəlik, həftəlik və aylıq hesabatları 1C proqramında hazırlayıb vaxtında təqdim etmək.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Army Group şirkətinin digər vakansiyaları

Army Group vakansiyaları