Nəqliyyat Əməliyyatları Koordinatoru
SRC LLCCoordinator job in Baku
Salary: from 800 ₼ / month
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 17, 2026
- Views
- 706
- Applications
- 42
- Apply before
- December 17, 2026
About this job
SRC LLC is hiring a coordinator in Baku. Full-time, salary 800 AZN. Apply directly to the employer.
Vəzifənin məqsədi
- Otel qonaqlarına aeroport transferlərinin və sürücü xidmətlərinin vaxtında, təhlükəsiz və yüksək keyfiyyətlə göstərilməsini, avtomobil və sürücü resurslarından səmərəli istifadəni təmin etmək.
Əsas vəzifələr
- Otellərdən e-poçt və telefonla daxil olan transfer və sürücü xidməti sorğularını qəbul etmək, yoxlamaq və rezervasiya cədvəlinə daxil etmək
- Hər sorğu üçün uyğun sürücü və avtomobil təyin etmək, növbəti günün planını və növbə qrafikini qurmaq
- Aviareysləri izləmək, gecikmə, ləğv və ya dəyişiklik hallarında sürücü planını dərhal yeniləmək
- Gün ərzində sürücülərin işinə nəzarət etmək, gözlənilməz hallarda (gecikmə, nasazlıq, qonağın tapılmaması) alternativ həll tapmaq
- Otellərin konsyerj, qəbul və rezervasiya şöbələri ilə gündəlik əlaqə saxlamaq, təcili sorğu və şikayətləri həll etmək
- Standart olmayan sorğular üçün qiymət təklifi hazırlamaq, qiymətlərin müqavilə şərtlərinə uyğunluğunu yoxlamaq
- Xidmətləri Google Sheets-də dəqiq qeyd etmək, gündəlik və aylıq hesabatlar hazırlamaq
- Avtopark və subpodratçılarla avtomobil əlçatanlığını əlaqələndirmək; lazım olduqda meneceri əvəz etmək
Tələblər
- Ali və ya orta ixtisas təhsili (logistika, turizm, qonaqpərvərlik və ya biznes üstünlükdür)
- Nəqliyyat, dispetçerlik, logistika, turizm, otel və ya sürücü xidmətləri sahəsində ən azı 1–2 il təcrübə
- Azərbaycan və rus dillərini səlis, ingilis dilini B2 səviyyəsində bilmək
- Excel / Google Sheets və e-poçtla səriştəli işləmək
- Bakının küçələrini, hava limanını, otelləri və əsas məkanları yaxşı bilmək
- Stress altında sakit qalmaq, eyni anda bir neçə işi idarə etmək və tez qərar vermək
- Peşəkar və nəzakətli ünsiyyət, diqqətlilik, məsuliyyət və məxfiliyə riayət
- Gecə və səhər saatlarında, həftə sonları və bayram günlərində növbətçiliyə hazır olmaq
Üstünlüklər
- Otellər və ya premium sürücü şirkətləri ilə iş təcrübəsi
- Reys izləmə proqramlarından (Flightradar24, aeroportun rəsmi saytı) istifadə təcrübəsi
- Qiymət hesablama və danışıqlar bacarığı
- B kateqoriyalı sürücülük vəsiqəsi
- Excel / Sheets-də analitik bacarıqlar
Təklif edirik
- Əmək haqqı 800-1000 AZN
- Beynəlxalq SIXT brendi altında dinamik iş mühiti
- 6 günlük iş qrafiki
Maraqlananlar CV-lərini Nəqliyyat Əməliyyatları Koordinatoru başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.