Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Nəqliyyat Əməliyyatları Koordinatoru

SRC LLCBakıda koordinator vakansiyası

Maaş: 800 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
17 noyabr 2026
Baxış
706
Müraciət
42
Son müraciət tarixi
17 dekabr 2026

Bakı şəhərində Logistika, Anbar və Təchizat üzrə iş elanları

Vakansiya haqqında

SRC LLC Bakıda koordinator axtarır. Tam ştat, maaş 800 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifənin məqsədi

  • Otel qonaqlarına aeroport transferlərinin və sürücü xidmətlərinin vaxtında, təhlükəsiz və yüksək keyfiyyətlə göstərilməsini, avtomobil və sürücü resurslarından səmərəli istifadəni təmin etmək.

Əsas vəzifələr

  • Otellərdən e-poçt və telefonla daxil olan transfer və sürücü xidməti sorğularını qəbul etmək, yoxlamaq və rezervasiya cədvəlinə daxil etmək
  • Hər sorğu üçün uyğun sürücü və avtomobil təyin etmək, növbəti günün planını və növbə qrafikini qurmaq
  • Aviareysləri izləmək, gecikmə, ləğv və ya dəyişiklik hallarında sürücü planını dərhal yeniləmək
  • Gün ərzində sürücülərin işinə nəzarət etmək, gözlənilməz hallarda (gecikmə, nasazlıq, qonağın tapılmaması) alternativ həll tapmaq
  • Otellərin konsyerj, qəbul və rezervasiya şöbələri ilə gündəlik əlaqə saxlamaq, təcili sorğu və şikayətləri həll etmək
  • Standart olmayan sorğular üçün qiymət təklifi hazırlamaq, qiymətlərin müqavilə şərtlərinə uyğunluğunu yoxlamaq
  • Xidmətləri Google Sheets-də dəqiq qeyd etmək, gündəlik və aylıq hesabatlar hazırlamaq
  • Avtopark və subpodratçılarla avtomobil əlçatanlığını əlaqələndirmək; lazım olduqda meneceri əvəz etmək

Tələblər

  • Ali və ya orta ixtisas təhsili (logistika, turizm, qonaqpərvərlik və ya biznes üstünlükdür)
  • Nəqliyyat, dispetçerlik, logistika, turizm, otel və ya sürücü xidmətləri sahəsində ən azı 1–2 il təcrübə
  • Azərbaycan və rus dillərini səlis, ingilis dilini B2 səviyyəsində bilmək
  • Excel / Google Sheets və e-poçtla səriştəli işləmək
  • Bakının küçələrini, hava limanını, otelləri və əsas məkanları yaxşı bilmək
  • Stress altında sakit qalmaq, eyni anda bir neçə işi idarə etmək və tez qərar vermək
  • Peşəkar və nəzakətli ünsiyyət, diqqətlilik, məsuliyyət və məxfiliyə riayət
  • Gecə və səhər saatlarında, həftə sonları və bayram günlərində növbətçiliyə hazır olmaq

Üstünlüklər

  • Otellər və ya premium sürücü şirkətləri ilə iş təcrübəsi
  • Reys izləmə proqramlarından (Flightradar24, aeroportun rəsmi saytı) istifadə təcrübəsi
  • Qiymət hesablama və danışıqlar bacarığı
  • B kateqoriyalı sürücülük vəsiqəsi
  • Excel / Sheets-də analitik bacarıqlar

Təklif edirik

  • Əmək haqqı 800-1000 AZN 
  • Beynəlxalq SIXT brendi altında dinamik iş mühiti
  • 6 günlük iş qrafiki 

Maraqlananlar CV-lərini Nəqliyyat Əməliyyatları Koordinatoru başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

Oxşar vakansiyalar