Korporativ satış üzrə menecer
Melissa GroupCorporate sales manager job in Baku
Salary: from 700 ₼ / month
- Location
- Bakı, Yasamal
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 17, 2026
- Views
- 704
- Applications
- 34
- Apply before
- December 17, 2026
- Category
- Sales & Retail
About this job
Melissa Group is hiring a corporate sales manager in Baku (Yasamal district). Full-time, salary 700 AZN. Apply directly to the employer.
Vəzifə öhdəlikləri
- Korporativ müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi, yerlərdə məhsul çeşidliyi və qiymət təklifləri ilə bağlı təqdimatların keçirilməsi, yeni satış imkanlarının müəyyənləşdirilməsi və müştəri portfelinin genişləndirilməsi;
- Müştərilərdən daxil olan sorğuların təhlili, tələblərə uyğun qiymət və kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
- Müştərilər, vendorlar və təchizatçılarla məhsul, qiymət, mövcudluq və çatdırılma şərtləri üzrə danışıqların aparılması;
- Müqavilələrin hazırlanması və bağlanması prosesinin əlaqələndirilməsi, qiymətlərin razılaşdırılması protokollarının və təhvil-təslim sənədlərinin tərtib edilməsi;
- Sifarişlərin qəbulundan təhvil verilməsinədək prosesin aidiyyəti bölmələrlə koordinasiyası və razılaşdırılmış şərtlərin icrasının izlənilməsi;
- Satış və tender sənədlərinin sistemli uçotunun aparılması, görülən işlər və satış nəticələri barədə hesabatların hazırlanması.
Namizədə tələblər
- Cinsi: Bəy namizəd
- Ali təhsil — iqtisadiyyat, biznesin idarə edilməsi, marketinq və ya informasiya texnologiyaları üzrə təhsil üstünlük hesab olunur;
- Korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi, yeni müştərilərin cəlb edilməsi və satış hədəflərinin yerinə yetirilməsi üzrə nümayiş etdirilə bilən nəticələr;
- B2B satış prosesini potensial müştərinin müəyyənləşdirilməsindən müqavilənin bağlanmasına və sifarişin icrasının izlənilməsinədək müstəqil idarə etmək bacarığı;
- 1C proqramını yüksək səviyyədə bilmək;
- Maya dəyəri, satış qiyməti, mənfəət marjası və endirimlərin maliyyə nəticələrini hesablamaq, kommersiya baxımından əsaslandırılmış təkliflər hazırlamaq bacarığı;
- Müştəri portfelini sistemli idarə etmək, satış proqnozları hazırlamaq və fəaliyyət nəticələri barədə dəqiq hesabat təqdim etmək bacarığı;
- Yüksək iş tempi və paralel sorğular şəraitində prioritetləri düzgün müəyyənləşdirmək, vaxt məhdudiyyətləri daxilində dəqiqliyi və iş keyfiyyətini qorumaq bacarığı;
- Analitik düşüncə, kommersiya yönümlü yanaşma, təşəbbüskarlıq, məsuliyyətlilik və kommersiya məlumatlarının məxfiliyinə riayət etmək;
- Rus və ingilis dillərində işgüzar ünsiyyət bacarığı, həmçinin yerli korporativ bazarda formalaşmış müştəri portfeli və işgüzar əlaqələrin olması üstünlük hesab olunur.
İş şəraiti
- İş yeri: Bakı
- İş rejimi: Tam iş günü, 5/2
- Əmək haqqı: 700 AZN net sabit maaş + əlavə olaraq mənfəətə bağlı bonus (2000 AZN).
CV-nizi və portfolionuzu Korporativ satış üzrə meneceri başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.