Skip to content
GoJob
Back to jobs

Digital Marketing Specialist

Melissa GroupDigital marketing specialist job in Baku

Salary: from 1,800 ₼ / month

Work mode
On-site
Employment type
Full time
Posted
November 17, 2026
Views
674
Applications
27
Apply before
December 17, 2026

Marketing & PR jobs in Baku

About this job

Melissa Group is hiring a digital marketing specialist in Baku (Yasamal district). Full-time, salary 1,800 AZN. Apply directly to the employer.

Vəzifənin məqsədi:

  • Newcond-un təmsil etdiyi AUX, Mitsubishi Electric və HANN brendləri üzrə rəqəmsal reklam fəaliyyətlərini idarə etmək, potensial müştəri müraciətlərini artırmaq, marketinq investisiyalarının effektivliyini ölçmək və rəqəmsal kanalların satış nəticələrinə töhfəsini gücləndirmək.

Vəzifə Öhdəlikləri

  • Performance Marketinq: Meta Ads, Google Ads və TikTok reklam kampaniyalarının strategiyasının qurulması, icrası, idarə edilməsi və optimizasiyası 
  • Partnyor və Şəbəkə İdarəedilməsi: Diler, elektronika şəbəkələri və korporativ partnyorlarla birgə rəqəmsal marketinq fəaliyyətlərinin, ortaq kampaniyaların və ko-branding layihələrinin əlaqələndirilməsi və idarə olunması.
  • Büdcə Planlaması: Aylıq və rüblük rəqəmsal reklam büdcələrinin planlaşdırılması, xərclərin bölgüsü, kanallar arası optimizasiyası və effektivliyinin izlənilməsi.
  • Tədbir və Kampaniya Dəstəyi (Extra Effort): Şirkətin iştirak etdiyi sərgilər, diler görüşləri, yeni məhsul təqdimatları və böyük satış kampaniyaları (məsələn: Yeni il, Black Friday və s.) zamanı əlavə resurs və vaxt sərf edərək (extra effort) rəqəmsal dəstəyin, xüsusi səhifələrin və reklamların vaxtında işə salınmasının təmin edilməsi.
  • Analitika və İzləmə: GA4, Google Tag Manager, Meta Pixel və Conversion API inteqrasiyalarının qurulması, həmçinin Google Search Console vasitəsilə SEO performansının izlənilməsi.
  • Metrik Nəzarəti: CTR, CPC, CPL, CPA, ROAS və digər əsas performans göstəricilərinin gündəlik və aylıq izlənməsi, rəqabətli mühitdə Google Ads Auksion İnsights analizi. Veb-sayt idarəetməsi ilə bağlı təcrübəyə sahib olmaq.
  • Auditoriya və Strategiya: Hədəf kütlələrin seqmentləşdirilməsi, remarketing/retargeting kampaniyalarının təşkili və bazar tendensiyalarının təhlili.
  • Kreativ İdarəetmə: Kontent komandası üçün reklam yönümlü brieflərin hazırlanması, veb-sayt və landing page-lərin optimizasiyası üzrə tövsiyələr.
  • Hesabatlılıq: Aylıq rəqəmsal marketinq hesabatlarının hazırlanması və büdcənin effektivliyinin artırılması istiqamətində təkliflərin verilməsi.

Namizədə Tələblər

  • Rəqəmsal Marketinq sahəsində minimum 3il praktiki iş təcrübəsi (müstəqil qərar qəbul etmə və büdcə idarəetmə bacarığı).
  • Meta Ads Manager və Google Ads platformalarında sərbəst, peşəkar səviyyədə işləmə təcrübəsi.
  • B2B şəbəkələr, diler kanalları və ya partnyor münasibətləri istiqamətində marketinq fəaliyyətlərinin idarə olunmasında təcrübə.
  • GA4, Google Tag Manager və Pixel/Conversion API quraşdırmalarında dərindən praktiki biliklər.
  • Büdcə planlaması, xərclərin optimizasiyası və reklam metriklərinin Excel / Google Sheets vasitəsilə analizi.
  • Çoxsaylı layihələri idarə etmək bacarığı, intensiv iş qrafikinə və tədbir dövrlərində çevik (flexible/extra effort) iş rejiminə uyğunlaşma.
  • Analitik düşüncə, detallara diqqət və nəticəyönümlü yanaşma.
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, texniki materialları oxumaq üçün səviyyədə İngilis dili.
  • E-commerce və B2B lead generation layihələrində işləmiş olmaq (klimatik avadanlıqlar və ya texniki məhsul sektorunda təcrübə əlavə üstünlükdür).
  • SEO prinsipləri və baza səviyyəsində optimizasiya bilikləri.

Biz Nə Təklif Edirik?

  • Real və geniş miqyaslı Beynəlxalq brendlər ilə B2B/B2C layihələr üzərində işləmək imkanı.
  • Peşəkar inkişaf, rəqəmsal alətlər üzrə təlimlər və dinamik öyrənmə mühiti.
  • Görülən işlərin nəticəsinə və performansa əsaslanan inkişaf perspektivi.
  • Dinamik, səmimi və nəticəyönümlü komanda ilə işləmək mühiti.
  • Korporativ nömrə şirkət tərəfindən təmin edilir
  • Əyləncəli mühitdə team buildinglər

Əmək şəraiti:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.
  • Vəzifə üzrə əmək haqqı: 1800-2000 Azn
  • İş yeri: Bakı şəhəri, Əhməd Rəcəbli (Aynalı Plaza)

CV-nizi və portfolionuzu Digital Marketing Specialist başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

More jobs at Melissa Group

Jobs at Melissa Group