B2B Satış Meneceri
Finora Systems MMCCorporate sales manager job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 18, 2026
- Views
- 692
- Applications
- 25
- Apply before
- December 18, 2026
- Category
- Sales & Retail
About this job
Finora Systems MMC is hiring a corporate sales manager in Baku. Full-time. Apply directly to the employer.
FINORA SYSTEMS MMC satış sahəsində öz bacarığına güvənən, insanlarla ünsiyyət qurmağı bacaran və gördüyü işin nəticəsinə uyğun qazanc əldə etmək istəyən şəxsləri komandamıza dəvət edir.
Şirkətimiz sahibkarlara mühasibatlıq xidmətləri, daxili mühasibatlıq və idarəetmə proqramları, kassa aparatları və biznesin gündəlik fəaliyyətində ehtiyac duyulan digər həllər təqdim edir.
Bizim üçün satış sadəcə məhsul və ya xidmət təklif etmək deyil. Əsas məqsəd sahibkarın ehtiyacını düzgün anlamaq, ona uyğun həll təqdim etmək və uzunmüddətli işgüzar münasibət qurmaqdır.
Satış menecerinin əsas işi yeni müştərilərlə əlaqə yaratmaq, şirkətin xidmətlərini təqdim etmək, görüşlər keçirmək və satışları həyata keçirməkdir.
Əməkhaqqı və qazanc imkanları
- FINORA-da satış menecerinin qazancı həyata keçirdiyi satışlara və cəlb etdiyi müştərilərin aylıq ödənişlərinə əsasən hesablanır.
- Mühasibatlıq xidməti üzrə cəlb etdiyiniz hər yeni müştərinin ilk aylıq ödənişinin 50%-i sizə ödənilir. İkinci aydan başlayaraq həmin müştərinin aylıq ödənişindən 10% komissiya almağa davam edirsiniz.
- Daxili mühasibatlıq proqramlarının satışında ilkin satış məbləğinin 30%-i, sonrakı aylıq abunə ödənişlərinin isə 10%-i satış menecerinə çatır.
- Bu komissiyalar müştəri xidmətimizdən istifadə etdiyi və aylıq ödənişlərini həyata keçirdiyi müddətdə hesablanır.
- Yəni qazancınız yalnız həmin ay etdiyiniz yeni satışlardan ibarət deyil. Əvvəlki aylarda qazandığınız müştərilərin ödənişləri də aylıq gəlirinizə əlavə olunur.
- Kassa aparatlarının satışına görə ayrıca birdəfəlik komissiya nəzərdə tutulur. Məbləğ və şərtlər müsahibə zamanı izah edilir.
İş şəraiti
- İş saatı: 09:00–18:00
- İlk ay sınaq müddətidir. Bu müddətdə 150 AZN yol xərci qarşılanır və həyata keçirdiyiniz bütün satışlara görə komissiya tam ödənilir.
- Sınaq müddətində həm siz şirkətin iş prinsiplərini və xidmətlərini yaxından tanıyırsınız, həm də biz sizin işə yanaşmanızı və satış bacarıqlarınızı qiymətləndiririk. Qarşılıqlı uyğunluq olduqda əməkdaşlıq ikinci aydan əmək müqaviləsi əsasında davam etdirilir.
- İşə başlayan əməkdaşlara məhsul və xidmətlərimiz haqqında ətraflı məlumat verilir, satış prosesində lazımi dəstək göstərilir.
Kimləri komandamızda görmək istəyirik?
- İnsanlarla rahat ünsiyyət quran, məsuliyyətli, təşəbbüskar və nəticəyə fokuslanan şəxsləri.
- Satış təcrübəsi üstünlükdür. Lakin bizim üçün əsas göstərici insanın işə münasibəti, öyrənmək istəyi və başladığı işi nəticəyə çatdırmaq bacarığıdır.
- FINORA-da yaxşı satışın əsasında müştərinin etibarını qazanmaq dayanır. Biz də məhz bu yanaşma ilə işləyən, öz əməyinə və qurduğu müştəri münasibətlərinə dəyər verən insanlarla çalışmaq istəyirik.
- Özünüzü bu işə uyğun görürsünüzsə, müraciətinizi gözləyirik.
Müraciət və əlaqə
- Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər. və ya CV-lərini birbaşa WhatsApp vasitəsilə və elektron poçt ünvanımıza göndərə bilərlər.
- İş şəraiti və əməkdaşlıq şərtləri ilə bağlı əlavə suallarınız olarsa, qeyd olunan nömrəyə birbaşa zəng edərək ətraflı məlumat ala bilərsiniz.
Telefon və WhatsApp: 055-688-66-99
E-mail: [email protected]
Veb-sayt: finorasystems.az