Skip to content
GoJob

Korporativ satış üzrə menecer

Microtech MMCCorporate sales manager job in Baku

Salary: No salary given

Work mode
On-site
Employment type
Full time
Posted
September 14, 2026
Apply before
October 14, 2026
Category
Sales

Sales jobs in Baku

About this job

Microtech MMC is hiring a corporate sales manager in Baku (Nizami district). Full-time. Apply directly to the employer.

İş şəraiti

  • İş yeri: Çinar Plaza, Bakı
  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
  • Əmək haqqı: Rəqabətli əməkhaqqı + bonus

Vəzifə öhdəlikləri:

  • İT məhsul və xidmətlərinin satışını artırmaq üçün satış planlarının tamamlanması
  • Potensial korporativ müştərilərin müəyyən edilməsi, onlarla uzunmüddətli biznes əlaqələrinin qurulması və idarə edilməsi
  • Müştərilərlə görüşlərin, təqdimatların və danışıqların aparılması
  • Satış təklifləri, kommersiya təklifləri və kommersiya qiymət təkliflərinin hazırlanması və idarə olunması
  • Müştəri tələblərinə uyğun olaraq texniki və marketinq komandaları ilə əməkdaşlıq etmək
  • Satış planlarını icra etmək və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək
  • İT sektorunda bazar tendensiyalarını və rəqiblərin fəaliyyətini izləmək

Tələblər:

  • Biznes, Marketinq, İT və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi
  • B2B sahəsində minimum 2 il iş təcrübəsi (İT sahəsində təcrübə üstünlükdür)
  • İT həlləri, proqram təminatı və ya avadanlıq satışları barədə yaxşı anlayış
  • Güclü danışıqlar aparma, ünsiyyət və təqdimat bacarıqları
  • Nəticəyönümlü, təşəbbüskar və motivasiyalı iş yanaşması
  • MS Office və CRM sistemlərindən sərbəst istifadə bacarığı
  • Azərbaycan, ingilis dillərində sərbəst danışıq (rus dili biliyi üstünlükdür)
  • İT sahəsində mövcud müştəri bazasının olması üstünlükdür

Şirkət tərəfindən təqdim olunan imkanlar:

  • Stabil iş mühiti;
  • Push30 üzvlüyü – fitness və sağlam həyat tərzi imkanlarından istifadə;
  • Paşa Könüllü Tibbi Sığorta;
  • Peşəkar və dəstəkləyici komanda;
  • Karyera inkişafı və təlim imkanları.

Maraqlanan namizədlər CV-lərini “Korporativ satış üzrə menecer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

More jobs at Microtech MMC

Jobs at Microtech MMC