Əsas məzmuna keç
GoJob

Korporativ satış üzrə menecer

Microtech MMCBakıda korporativ satış meneceri vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı, Nizami
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
14 sentyabr 2026
Son müraciət tarixi
14 oktyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

Microtech MMC Bakının Nizami rayonunda korporativ satış meneceri axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş şəraiti

  • İş yeri: Çinar Plaza, Bakı
  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
  • Əmək haqqı: Rəqabətli əməkhaqqı + bonus

Vəzifə öhdəlikləri:

  • İT məhsul və xidmətlərinin satışını artırmaq üçün satış planlarının tamamlanması
  • Potensial korporativ müştərilərin müəyyən edilməsi, onlarla uzunmüddətli biznes əlaqələrinin qurulması və idarə edilməsi
  • Müştərilərlə görüşlərin, təqdimatların və danışıqların aparılması
  • Satış təklifləri, kommersiya təklifləri və kommersiya qiymət təkliflərinin hazırlanması və idarə olunması
  • Müştəri tələblərinə uyğun olaraq texniki və marketinq komandaları ilə əməkdaşlıq etmək
  • Satış planlarını icra etmək və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək
  • İT sektorunda bazar tendensiyalarını və rəqiblərin fəaliyyətini izləmək

Tələblər:

  • Biznes, Marketinq, İT və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi
  • B2B sahəsində minimum 2 il iş təcrübəsi (İT sahəsində təcrübə üstünlükdür)
  • İT həlləri, proqram təminatı və ya avadanlıq satışları barədə yaxşı anlayış
  • Güclü danışıqlar aparma, ünsiyyət və təqdimat bacarıqları
  • Nəticəyönümlü, təşəbbüskar və motivasiyalı iş yanaşması
  • MS Office və CRM sistemlərindən sərbəst istifadə bacarığı
  • Azərbaycan, ingilis dillərində sərbəst danışıq (rus dili biliyi üstünlükdür)
  • İT sahəsində mövcud müştəri bazasının olması üstünlükdür

Şirkət tərəfindən təqdim olunan imkanlar:

  • Stabil iş mühiti;
  • Push30 üzvlüyü – fitness və sağlam həyat tərzi imkanlarından istifadə;
  • Paşa Könüllü Tibbi Sığorta;
  • Peşəkar və dəstəkləyici komanda;
  • Karyera inkişafı və təlim imkanları.

Maraqlanan namizədlər CV-lərini “Korporativ satış üzrə menecer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Microtech MMC şirkətinin digər vakansiyaları

Microtech MMC vakansiyaları