Baş Kredit Mütəxəssisi - Şəki şəhəri
GL ASCLoan officer job in Baku
Salary: from 400 ₼ / month
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 19, 2026
- Views
- 719
- Applications
- 40
- Apply before
- December 19, 2026
- Category
- Finance, Banking & Insurance
About this job
GL ASC is hiring a loan officer in Baku. Full-time, salary 400 AZN. Apply directly to the employer.
Şəki şəhərində Baş Kredit Mütəxəssisi vakansiyası!
Satış bacarıqlarınıza güvənirsiniz? Müştərilərlə işləmək və nəticə əldə etmək sizin güclü tərəfinizdir? O zaman komandamıza qoşulun!
Şirkətimizin Şəki şəhərində yerləşən filialı üçün aktiv satış, müştəri əlaqələrinin idarə edilməsi və kreditləşmə sahəsində təcrübəli, təşəbbüskar və nəticəyönümlü Baş Kredit Mütəxəssisi axtarırıq.
Vəzifə öhdəlikləri:
- Aktiv satış fəaliyyətinin həyata keçirilməsi, yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə davamlı əlaqələrin qurulması;
- Müştəri müraciətlərinin qəbulu, maliyyə imkanlarının təhlili və kreditlərin rəsmiləşdirilməsi;
- Yeni kredit məhsulları və effektiv satış metodları üzrə təkliflərin hazırlanması;
- Müştəri məmnuniyyətinin təmin edilməsi, şikayət və müraciətlərin operativ araşdırılması;
- Kreditləşmə prosesinə aid sənədlərin düzgün və vaxtında hazırlanmasına nəzarət.
Namizədə dair tələblər:
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Ali və ya natamam ali təhsil;
- Güclü ünsiyyət və təqdimetmə bacarığı;
- Yüksək satış qabiliyyəti və müştəriyönümlü yanaşma;
- Fərdi və komanda şəklində işləmək bacarığı;
- Microsoft Office proqramlarında, xüsusilə Word və Excel-də sərbəst işləmək bacarığı;
- Bank, bank olmayan kredit təşkilatları və xüsusilə lombard sahəsində iş təcrübəsi üstünlükdür.
Sizi nə gözləyir?
Rəqabətqabiliyyətli gəlir və nəticəyə əsaslanan bonus sistemi!
- Başlanğıc kateqoriya: 400 AZN sabit əməkhaqqı + 800 AZN bonus = 1 200 AZN-dək aylıq gəlir.
- Yuxarı kateqoriya: 600 AZN sabit əməkhaqqı + 1 200 AZN bonus = 1 800 AZN-dək aylıq gəlir.
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00.
İş yeri: Şəki şəhəri.
Bu fürsəti dəyərləndirmək və komandamızın bir hissəsi olmaq istəyirsinizsə, CV-nizi mövzu hissəsində “Baş Kredit Mütəxəssisi – Şəki” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.