Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Baş Kredit Mütəxəssisi - Şəki şəhəri

GL ASCBakıda kredit mütəxəssisi vakansiyası

Maaş: 400 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
19 noyabr 2026
Baxış
719
Müraciət
40
Son müraciət tarixi
19 dekabr 2026

Bakı şəhərində Maliyyə, Bank və Sığorta üzrə iş elanları

Vakansiya haqqında

GL ASC Bakıda kredit mütəxəssisi axtarır. Tam ştat, maaş 400 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Şəki şəhərində Baş Kredit Mütəxəssisi vakansiyası!

Satış bacarıqlarınıza güvənirsiniz? Müştərilərlə işləmək və nəticə əldə etmək sizin güclü tərəfinizdir? O zaman komandamıza qoşulun!

Şirkətimizin Şəki şəhərində yerləşən filialı üçün aktiv satış, müştəri əlaqələrinin idarə edilməsi və kreditləşmə sahəsində təcrübəli, təşəbbüskar və nəticəyönümlü Baş Kredit Mütəxəssisi axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Aktiv satış fəaliyyətinin həyata keçirilməsi, yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə davamlı əlaqələrin qurulması;
  • Müştəri müraciətlərinin qəbulu, maliyyə imkanlarının təhlili və kreditlərin rəsmiləşdirilməsi;
  • Yeni kredit məhsulları və effektiv satış metodları üzrə təkliflərin hazırlanması;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi, şikayət və müraciətlərin operativ araşdırılması;
  • Kreditləşmə prosesinə aid sənədlərin düzgün və vaxtında hazırlanmasına nəzarət.

Namizədə dair tələblər:

  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Ali və ya natamam ali təhsil;
  • Güclü ünsiyyət və təqdimetmə bacarığı;
  • Yüksək satış qabiliyyəti və müştəriyönümlü yanaşma;
  • Fərdi və komanda şəklində işləmək bacarığı;
  • Microsoft Office proqramlarında, xüsusilə Word və Excel-də sərbəst işləmək bacarığı;
  • Bank, bank olmayan kredit təşkilatları və xüsusilə lombard sahəsində iş təcrübəsi üstünlükdür.

Sizi nə gözləyir?

Rəqabətqabiliyyətli gəlir və nəticəyə əsaslanan bonus sistemi!

  • Başlanğıc kateqoriya: 400 AZN sabit əməkhaqqı + 800 AZN bonus = 1 200 AZN-dək aylıq gəlir.
  • Yuxarı kateqoriya: 600 AZN sabit əməkhaqqı + 1 200 AZN bonus = 1 800 AZN-dək aylıq gəlir.

İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00.

İş yeri: Şəki şəhəri.

Bu fürsəti dəyərləndirmək və komandamızın bir hissəsi olmaq istəyirsinizsə, CV-nizi mövzu hissəsində “Baş Kredit Mütəxəssisi – Şəki” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

GL ASC şirkətinin digər vakansiyaları

GL ASC vakansiyaları