Pərakəndə kreditlər üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis
AFB BankLoan officer job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- September 13, 2026
- Apply before
- November 11, 2026
- Category
- Finance & Banking
About this job
AFB Bank is hiring a loan officer in Baku. Full-time. Apply directly to the employer.
İş şəraiti
- Pərakəndə Bankçılıq Mərkəzi
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə minimum 1 - 3 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır;
- Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
- MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı.
İşin təsviri:
Qızıl Təminatlı kreditlər
- Bankın lombard məhsulları haqqında müştərilərin məlumatlandırılması;
- Bankın lombard kreditləri üzrə müştəri bazasının formalaşdırılması və inkişafı;
- Pərakəndə kredit mütaciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komissiyasına çıxarılmasını təmin etmək;
- Təsdiq edilmiş kreditlərin verilməsi üzrə zəruri sənədləşməni rəsmiləşdirmək;
- Müştəri portfelinin mənfəətlilik, effektivlilik və müştəri haqqında məlumatların məxfiliyi əsasında uyğun idarəedilməsi;
- Fəaliyyəti zamanı bank və kommersiya sirrinin qorunmasını təmin edir;
- Müştəri şikayətlərinin həll edilməsi və minimum həddə çatdırılması üçün lazımi tədbirlərin alınması, kifayət etməsə problemin həlli üçün ən qısa zamanda satış rəhbərliyi ilə əlaqə saxlanılması;
- Çarpaz satış imkanlarının araşdırılması, filial içində digər satış və əməliyyat qrupu ilə birlikdə çarpaz satışlar istiqamətində koordinasiyalı olaraq fəaliyyət göstərilməsi;
- Bank sənədlərini Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək, qorumaq və rəsmiləşdirmək;
- Öz vəzifələrinə aid olan məsələlər üzrə müxtəlif hesabatlar hazırlamaq;
- Rəhbərliyin verdiyi digər tapşırıqları icra etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Pərakəndə kreditlər üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.