Əsas məzmuna keç
GoJob

Pərakəndə kreditlər üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis

AFB BankBakıda kredit mütəxəssisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
13 sentyabr 2026
Son müraciət tarixi
11 noyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

AFB Bank Bakıda kredit mütəxəssisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş şəraiti

  • Pərakəndə Bankçılıq Mərkəzi
  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
  • Ünvan: Bakı şəhəri.

Tələblər: 

  • Ali təhsil;
  • Bank sektorunda müvafiq sahə üzrə minimum 1 - 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır;
  • Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
  • MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı. 

İşin təsviri:

Qızıl Təminatlı kreditlər

  • Bankın lombard məhsulları haqqında müştərilərin məlumatlandırılması;
  • Bankın lombard kreditləri üzrə müştəri bazasının formalaşdırılması və inkişafı;
  • Pərakəndə kredit mütaciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komissiyasına çıxarılmasını təmin etmək;
  • Təsdiq edilmiş kreditlərin verilməsi üzrə zəruri sənədləşməni rəsmiləşdirmək;
  • Müştəri portfelinin mənfəətlilik, effektivlilik və müştəri haqqında məlumatların məxfiliyi əsasında uyğun idarəedilməsi;
  • Fəaliyyəti zamanı bank və kommersiya sirrinin qorunmasını təmin edir;
  • Müştəri şikayətlərinin həll edilməsi və minimum həddə çatdırılması üçün lazımi tədbirlərin alınması, kifayət etməsə problemin həlli üçün ən qısa zamanda satış rəhbərliyi ilə əlaqə saxlanılması;
  • Çarpaz satış imkanlarının araşdırılması, filial içində digər satış və əməliyyat qrupu ilə birlikdə çarpaz satışlar istiqamətində koordinasiyalı olaraq fəaliyyət göstərilməsi;
  • Bank sənədlərini Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək, qorumaq və rəsmiləşdirmək;
  • Öz vəzifələrinə aid olan məsələlər üzrə müxtəlif hesabatlar hazırlamaq;
  • Rəhbərliyin verdiyi digər tapşırıqları icra etmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Pərakəndə kreditlər üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.

AFB Bank şirkətinin digər vakansiyaları

AFB Bank vakansiyaları