Junior Project Manager / Delivery Manager
Kontakt HomeProject manager job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Internship
- Posted
- November 13, 2026
- Apply before
- December 13, 2026
- Category
- Sales & Retail
About this job
Kontakt Home is hiring a project manager in Baku. Internship. Apply directly to the employer.
Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq.
Vəzifə öhdəlikləri:
- Veb və mobil qruplar üzrə tapşırıqların statuslarının Jira-da monitorinq edilməsi;
- Tapşırıq izləmə sistemində statusların, müddətlərin və icraçıların aktuallığına nəzarət edilməsi;
- Rəhbər üçün tapşırıqların statusu barədə müntəzəm hesabatların hazırlanması;
- Rəhbərin tapşırığı ilə komandaların koordinasiyası: qarşılıqlı əlaqənin təşkili, razılaşmaların icrasına nəzarət edilməsi;
- Xarici podratçı komandası ilə kommunikasiya: statusların və müddətlərin sorğulanması;
- Hesabatlar və təqdimatlar üçün məlumatların toplanması və hazırlanması;
- Rəhbərin maneələr və risklər barədə vaxtında məlumatlandırılması;
- Görüşlərin təşkili, protokolların aparılması, nəticələrin göndərilməsi.
Namizədə tələblər:
- Tələblər Azərbaycan və rus dillərini sərbəst bilmək (şifahi və yazılı);
- IT sahəsində ən azı 6 ay iş təcrübəsi: koordinator, assistent, QA, analitik və ya layihə komandasında təcrübəçi;
- Proqram təminatının hazırlanması prosesini anlamaq: tapşırıqların qoyulması, testləşdirmə, relizlər. Jira və ya analoji tapşırıq izləmə sistemi ilə iş təcrübəsi;
- Excel və ya Google Sheets proqramlarını inamla bilmək;
- Savadlı yazılı nitq;
- Mütəşəkkillik, detallara diqqət, müddətlərə riayət;
- İşgüzar ünsiyyət bacarığı;
- Üstünlük hesab olunur Layihə idarəetməsi üzrə ixtisaslaşmış təhsil və ya kurslar da iştirak edən namizədlər;
- Scrum və Kanban metodologiyalarını bilmək;
- Elektron ticarət və ya mobil tətbiq hazırlanması sahəsində təcrübə.
Biz nə təklif edirik?
- Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Dinamik və müasir iş mühiti;
- Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;
- Yeni bilik və bacarıqların inkişaf etdirilməsi üçün imkanlar.
İş şəraiti:
- İş yeri: Bakı;
- İş qrafiki: 5 günlük - (09:00-18:00).
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.