Layihələr üzrə kiçik mütəxəssis
Marker AZ MMCLayihələr üzrə mütəxəssis job in Baku
Salary: No salary given
About this job
Marker AZ MMC is hiring for the role “Layihələr üzrə mütəxəssis” in Baku. Full-time. Apply directly to the employer.
Marker komandasına müştərilərlə ünsiyyəti və layihələrin gündəlik idarə olunmasını həyata keçirəcək, məsuliyyətli və təşkilatçılıq bacarığı güclü Layihələr üzrə kiçik mütəxəssis axtarırıq.
Əsas vəzifələr
- Müştərilərlə mütəmadi əlaqə saxlamaq, onların ehtiyac və gözləntilərini dəqiqləşdirmək, tapşırıqları komandaya düzgün ötürmək.
- Layihələrin iş planını hazırlamaq, gündəlik icranı koordinasiya etmək və razılaşdırılmış müddətlərə nəzarət etmək.
- Komanda üzvləri, təchizatçılar və digər tərəfdaşlarla iş prosesini əlaqələndirmək.
- Müştərilər üçün təklif və təqdimatların hazırlanmasında iştirak etmək.
- Excel-də layihələr üzrə cədvəllər, iş planları və hesabatlar hazırlamaq, məlumatları aktual saxlamaq.
- Müştəriləri layihənin gedişatı barədə məlumatlandırmaq, rəy və dəyişiklik istəklərini izləmək.
- Ehtiyac yarandıqda tədbir və layihələrin yerində icrasına dəstək göstərmək.
Namizəddən gözləntilərimiz
- Microsoft Excel üzrə yaxşı biliklər: cədvəllər, əsas formullar, məlumatların çeşidlənməsi və hesabatların hazırlanması ilə sərbəst işləmək.
- Microsoft PowerPoint üzrə yaxşı biliklər: səliqəli, aydın və vizual baxımdan düzgün təqdimatlar hazırlamaq.
- İngilis dilində şifahi və yazılı ünsiyyət bacarığı; rus dili biliyi üstünlükdür.
- Azərbaycan dilində səlis və düzgün işgüzar ünsiyyət.
- Planlaşdırma, vaxtın idarə edilməsi və eyni vaxtda bir neçə tapşırıqla işləmək bacarığı.
- Detallara diqqət, məsuliyyət, təşəbbüskarlıq və komanda ilə işləmək bacarığı.
- Müştərilərlə ünsiyyətdə nəzakətli, çevik və həll yönümlü yanaşma.
Layihələrin koordinasiyası, müştəri xidməti və ya tədbirlərin təşkili sahəsində əvvəlki təcrübə üstünlük hesab olunur.
İşin xüsusiyyəti
- İşlə əlaqədar ölkədaxili ezamiyyətlər ola bilər. Namizədin ezamiyyətlərdə və layihələrin yerində icrasında iştirak etməyə hazır olması gözlənilir.
CV-nizi mövzu hissəsində “Layihələr üzrə kiçik mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Hazırladığınız təqdimat və ya layihə nümunələri varsa, müraciətinizə əlavə edə bilərsiniz.