Layihələrin koordinasiyası üzrə menecer
AT GeotechLayihələrin koordinasiyası üzrə menecer job in Khirdalan
Salary: No salary given
- Location
- Xırdalan, Abşeron
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 2, 2026
- Apply before
- December 2, 2026
- Category
- Other
About this job
AT Geotech is hiring for the role “Layihələrin koordinasiyası üzrə menecer” in Khirdalan. Full-time. Apply directly to the employer.
AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Layihələrin koordinasiyası üzrə menecer vəzifəsi üzrə vakansiya elan olunur.
Vəzifə öhdəlikləri
- Gündəlik fəaliyyətlərin təşkili və koordinasiyasını təmin etmək;
- Komandanın idarə olunmasını və iş bölgüsünün aparılmasını həyata keçirmək;
- Sənədlərin arxivləşdirilməsinə və sənəd dövriyyəsinə nəzarət etmək;
- Layihə ilə bağlı hesabat və məlumatları hazırlamaq, şöbələr arasında məlumat mübadiləsini təmin etmək;
- Layihə üzrə ilkin iş həcmləri ilə tanış olmaq, faktiki icranı monitorinq etmək və nəzarətdə saxlamaq;
- İlkin və faktiki koordinatları Google Earth və Global Mapper proqramlarında emal etmək;
- Quyularda əyilmə, sürüşmə və kernin yatım istiqamətinin təyin edilməsi üçün sahədən daxil olan məlumatları Reflex EZ-Track, Excel və Inclino proqramlarında emal və təhlil etmək;
- Sukeçiricilik, Packer, pressiyometr, datalogger, vibropiezometr, dipmeter və digər sahə testlərinə aid sənədləri emal etmək;
- Sahədən göndərilən kern yeşikləri və nümunələr üzrə təhvil-təslim aktlarını qəbul etmək və müvafiq sənədlərin mövcudluğunu təmin etmək;
- Sahə məlumatlarını və sənədləri təhlil etmək, zərurət yarandıqda məlumatları sahə əməkdaşları ilə dəqiqləşdirmək;
- Hesab-fakturaların və təhvil-təslim sənədlərinin hazırlanması üçün faktiki iş həcmlərinə dair cədvəllər tərtib etmək.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil arzuolunandır;
- Layihələrin koordinasiyası, sənədləşmə və hesabatların hazırlanması sahəsində minumum 2-4 il təcrübə;
- MS Excel və digər MS Office proqramları ilə işləmək bacarığı;
- Google Earth və Global Mapper proqramlarında işləmək bacarığı;
- Texniki sənədlərlə və sahə məlumatları ilə işləmək bacarığı;
- Analitik düşünmə, diqqətlilik və detallara həssas yanaşma;
- Komandada işləmək, işləri planlaşdırmaq və vaxtında icra etmək bacarığı;
- Məsuliyyətlilik və ünsiyyət bacarıqları.
Əmək şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- İş qrafiki: 6 günlük
- Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaqdır
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Layihələrin koordinasiyası üzrə menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərmələri xahiş olunur.
More jobs at AT Geotech
Tabelçi job in KhirdalanAT Geotech, Xırdalan, Abşeron
Sahə əməliyyatları üzrə menecer job in KhirdalanAT Geotech, Xırdalan, Abşeron
Əməliyyatların planlaşdırılması və nəzarəti üzrə menecer job in KhirdalanAT Geotech, Xırdalan, Abşeron
Sənəd dövriyyəsinə nəzarət üzrə mütəxəssis job in KhirdalanAT Geotech, Xırdalan, Abşeron