Layihələrin koordinasiyası üzrə menecer
AT GeotechXırdalanda layihələrin koordinasiyası üzrə menecer vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Xırdalan, Abşeron
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 2 noyabr 2026
- Son müraciət tarixi
- 2 dekabr 2026
- Kateqoriya
- Digər
Vakansiya haqqında
AT Geotech Xırdalanda «Layihələrin koordinasiyası üzrə menecer» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Layihələrin koordinasiyası üzrə menecer vəzifəsi üzrə vakansiya elan olunur.
Vəzifə öhdəlikləri
- Gündəlik fəaliyyətlərin təşkili və koordinasiyasını təmin etmək;
- Komandanın idarə olunmasını və iş bölgüsünün aparılmasını həyata keçirmək;
- Sənədlərin arxivləşdirilməsinə və sənəd dövriyyəsinə nəzarət etmək;
- Layihə ilə bağlı hesabat və məlumatları hazırlamaq, şöbələr arasında məlumat mübadiləsini təmin etmək;
- Layihə üzrə ilkin iş həcmləri ilə tanış olmaq, faktiki icranı monitorinq etmək və nəzarətdə saxlamaq;
- İlkin və faktiki koordinatları Google Earth və Global Mapper proqramlarında emal etmək;
- Quyularda əyilmə, sürüşmə və kernin yatım istiqamətinin təyin edilməsi üçün sahədən daxil olan məlumatları Reflex EZ-Track, Excel və Inclino proqramlarında emal və təhlil etmək;
- Sukeçiricilik, Packer, pressiyometr, datalogger, vibropiezometr, dipmeter və digər sahə testlərinə aid sənədləri emal etmək;
- Sahədən göndərilən kern yeşikləri və nümunələr üzrə təhvil-təslim aktlarını qəbul etmək və müvafiq sənədlərin mövcudluğunu təmin etmək;
- Sahə məlumatlarını və sənədləri təhlil etmək, zərurət yarandıqda məlumatları sahə əməkdaşları ilə dəqiqləşdirmək;
- Hesab-fakturaların və təhvil-təslim sənədlərinin hazırlanması üçün faktiki iş həcmlərinə dair cədvəllər tərtib etmək.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil arzuolunandır;
- Layihələrin koordinasiyası, sənədləşmə və hesabatların hazırlanması sahəsində minumum 2-4 il təcrübə;
- MS Excel və digər MS Office proqramları ilə işləmək bacarığı;
- Google Earth və Global Mapper proqramlarında işləmək bacarığı;
- Texniki sənədlərlə və sahə məlumatları ilə işləmək bacarığı;
- Analitik düşünmə, diqqətlilik və detallara həssas yanaşma;
- Komandada işləmək, işləri planlaşdırmaq və vaxtında icra etmək bacarığı;
- Məsuliyyətlilik və ünsiyyət bacarıqları.
Əmək şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- İş qrafiki: 6 günlük
- Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaqdır
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Layihələrin koordinasiyası üzrə menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərmələri xahiş olunur.
AT Geotech şirkətinin digər vakansiyaları
Xırdalanda tabelçi vakansiyasıAT Geotech, Xırdalan, Abşeron
Xırdalanda sahə əməliyyatları üzrə menecer vakansiyasıAT Geotech, Xırdalan, Abşeron
Xırdalanda əməliyyatların planlaşdırılması və nəzarəti üzrə menecer vakansiyasıAT Geotech, Xırdalan, Abşeron
Xırdalanda sənəd dövriyyəsinə nəzarət üzrə mütəxəssis vakansiyasıAT Geotech, Xırdalan, Abşeron