Skip to content
GoJob

Mağaza müdiri

Sahara Electronics MMCStore manager job in Baku

Salary: from 1,000 ₼ / month

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 6, 2026
Apply before
December 6, 2026

Sales & Retail jobs in Baku

About this job

Sahara Electronics MMC is hiring a store manager in Baku. Full-time, salary 1,000 AZN. Apply directly to the employer.

İş şəraiti 

  • İş yeri: Abşeron Ticarət Mərkəzi (T/M)
  • Əməkhaqqı: 1 000–1200 AZN + KPI bonusu
  • İş qrafiki: 6 günlük iş həftəsi

Biz kimik?

  • “Sahara Electronics” MMC 2013-cü ildən etibarən elektronika və məişət texnikası sektorunda fəaliyyət göstərən, pərakəndə və topdan satış istiqamətləri üzrə geniş şəbəkəyə malik şirkətdir.
  • Fəaliyyət istiqamətlərimizə pərakəndə və topdan satış, distribütorluq, korporativ əməkdaşlıq və satışsonrası servis xidmətləri daxildir.
  • Bizim üçün uğur yalnız satış nəticələri deyil, həm də peşəkar komanda, müştəri məmnuniyyəti və davamlı inkişaf deməkdir. İnnovasiyalara, keyfiyyətə və əməkdaşlığa verdiyimiz önəmlə fəaliyyətimizi daim inkişaf etdirir, komandamıza qoşulan hər bir əməkdaşın ümumi uğurumuza töhfəsini dəyərləndiririk.

Sahara Electronics komandamıza elektronika və məişət texnikası sahəsində təcrübəli, idarəetmə bacarıqlarına malik, nəticəyönümlü Mağaza müdiri axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Mağazanın gündəlik fəaliyyətinin və satış proseslərinin effektiv idarə olunması;
  • Satış planlarının hazırlanması, icrasına nəzarət və nəticələrin təhlili;
  • Satış komandasının idarə edilməsi, motivasiyası və fəaliyyətinin qiymətləndirilməsi;
  • Elektronika və məişət texnikası məhsulları üzrə satış prosesinin düzgün təşkil edilməsi;
  • Məhsul çeşidinin, vitrin və ekspozisiyaların düzgün təqdimatına nəzarət;
  • Stok qalığının, məhsul dövriyyəsinin və inventarizasiyanın izlənilməsi;
  • Məhsul qəbulu, yerdəyişməsi və satışa hazırlıq proseslərinə nəzarət;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi və mürəkkəb müştəri müraciətlərinin həlli;
  • Satış göstəriciləri, KPI və mağazanın fəaliyyətinə dair hesabatların hazırlanması;
  • Şirkətin daxili prosedur və standartlarına riayət olunmasının təmin edilməsi.

Namizədə dair tələblər:

  • Elektronika və məişət texnikası sahəsində minimum 3 il iş təcrübəsi;
  • Pərakəndə satış sektorunda, xüsusilə elektronika mağazalarının idarə edilməsində təcrübə;
  • Mağaza müdiri və ya mağaza müdiri müavini vəzifəsində iş təcrübəsi üstünlükdür;
  • Televizor, soyuducu, paltaryuyan, kondisioner, kiçik məişət texnikası və digər elektronika məhsulları üzrə biliklər;
  • Satış texnikaları, müştəri xidməti və satış psixologiyası üzrə biliklər;
  • Komandanı idarəetmə, motivasiya və nəticəyönümlü qərarvermə bacarığı;
  • Satış planlarının və KPI göstəricilərinin idarə olunması bacarığı;
  • Analitik düşünmə, məsuliyyətlilik və operativ qərarvermə qabiliyyəti;
  • MS Office və satış/ERP proqramları ilə işləmək bacarığı.

İş şəraiti və əməkhaqqı:

  • Əməkhaqqı: 1 000–1 200 AZN + KPI bonus;
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • İş saatları: 09:00–18:00;
  • Rəsmi əmək müqaviləsi.

Sahara Electronics-də sizi nə gözləyir?

  • Peşəkar və dinamik komanda;
  • Karyera və peşəkar inkişaf imkanları;
  • Nəticələrə əsaslanan əlavə bonus sistemi;
  • Korporativ və inkişafyönümlü iş mühiti.

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Mağaza müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

More jobs at Sahara Electronics MMC

Jobs at Sahara Electronics MMC