Skip to content
GoJob

Satış məsləhətçisi

Sahara Electronics MMCSales consultant job in Baku

Salary: from 600 ₼ / month

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 6, 2026
Apply before
December 6, 2026

Sales & Retail jobs in Baku

About this job

Sahara Electronics MMC is hiring a sales consultant in Baku. Full-time, salary 600 AZN. Apply directly to the employer.

İş şəraiti

  • İş yeri: Abşeron Ticarət Mərkəzi (T/M)
  • Əməkhaqqı: 600–800 AZN + KPI bonusu
  • İş qrafiki: 6 günlük iş həftəsi

Biz kimik?

  • “Sahara Electronics” MMC 2013-cü ildən etibarən elektronika və məişət texnikası sektorunda fəaliyyət göstərən, pərakəndə və topdan satış istiqamətləri üzrə geniş şəbəkəyə malik şirkətdir.
  • Fəaliyyət istiqamətlərimizə pərakəndə və topdan satış, distribütorluq, korporativ əməkdaşlıq və satışsonrası servis xidmətləri daxildir.
  • Bizim üçün uğur yalnız satış nəticələri deyil, həm də peşəkar komanda, müştəri məmnuniyyəti və davamlı inkişaf deməkdir. İnnovasiyalara, keyfiyyətə və əməkdaşlığa verdiyimiz önəmlə fəaliyyətimizi daim inkişaf etdirir, komandamıza qoşulan hər bir əməkdaşın ümumi uğurumuza töhfəsini dəyərləndiririk.

Sahara Electronics komandamıza elektronika və məişət texnikası sahəsində təcrübəsi olan, müştərilərlə ünsiyyət qurmağı bacaran, satış yönümlü Satış məsləhətçiləri axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Müştərilərin qarşılanması və ehtiyaclarının müəyyən edilməsi;
  • Elektronika və məişət texnikası məhsulları haqqında müştərilərə ətraflı məlumat verilməsi;
  • Məhsulların texniki xüsusiyyətlərinin, funksiyalarının və üstünlüklərinin izah edilməsi;
  • Müştərinin ehtiyacına və büdcəsinə uyğun məhsul seçimində köməklik göstərilməsi;
  • Alternativ məhsulların və əlavə satış imkanlarının təqdim edilməsi;
  • Fərdi və komanda satış hədəflərinin yerinə yetirilməsi;
  • Məhsulların vitrinlərdə düzgün yerləşdirilməsi və qiymət etiketlərinə nəzarət;
  • Məhsul qalıqları və stok vəziyyəti ilə bağlı məsul şəxslərin məlumatlandırılması;
  • Müştəri məmnuniyyətinin və yüksək xidmət standartlarının qorunması;
  • Mağazanın daxili qaydalarına və satış prosedurlarına riayət edilməsi.

Namizədə dair tələblər:

  • Elektronika və məişət texnikası sahəsində minimum 1 il satış təcrübəsi;
  • Elektronika mağazalarında satıcı və ya satış məsləhətçisi kimi iş təcrübəsi;
  • Televizor, soyuducu, paltaryuyan, kondisioner, telefon, kiçik məişət texnikası və digər məhsul kateqoriyaları üzrə biliklər;
  • Məhsulların texniki göstəricilərini öyrənmək və müştəriyə düzgün təqdim etmək bacarığı;
  • Aktiv satış, etirazlarla işləmək və müştərini düzgün yönləndirmək bacarığı;
  • Ünsiyyətqurma və inandırma qabiliyyəti;
  • Komanda ilə işləmək bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.

İş şəraiti və əməkhaqqı:

  • Əməkhaqqı: 600–800 AZN + KPI bonus;
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • İş saatları: 09:00–18:00;
  • Rəsmi əmək müqaviləsi.

Sahara Electronics-də sizi nə gözləyir?

  • Peşəkar və dinamik komanda;
  • Elektronika sahəsində bilik və təcrübənin inkişafı;
  • Satış nəticələrinə uyğun əlavə bonus sistemi;
  • Karyera yüksəlişi imkanları;
  • Korporativ və inkişafyönümlü iş mühiti.

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satış məsləhətçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

More jobs at Sahara Electronics MMC

Jobs at Sahara Electronics MMC