Skip to content
GoJob

Product Manager – Dijital Stomatoloji Avadanlıqlar

Adentta MMCProduct manager job in Baku

Salary: from 1,000 ₼ / month

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 4, 2026
Apply before
December 4, 2026

Information Technology jobs in Baku

About this job

Adentta MMC is hiring a product manager in Baku. Full-time, salary 1,000 AZN. Apply directly to the employer.

Vəzifə haqqında

  • Product Manager rəqəmsal stomatoloji avadanlıqların, xüsusilə Panda Scanner intraoral skanerlərinin Azərbaycan bazarında inkişafı, texniki dəstəyi və məhsul təqdimatlarına cavabdeh olacaq.
  • Vəzifə texniki biliklər, məhsul ekspertizası və satış komandasına dəstək funksiyalarını birləşdirir.
  • Stomatologiya sahəsində əvvəlki iş təcrübəsi mütləq deyil. Məhsullar və rəqəmsal iş prosesləri üzrə zəruri təlimlər şirkət və istehsalçı tərəfindən təmin ediləcək.

Vəzifə öhdəlikləri

  • Rəqəmsal stomatoloji avadanlıqların klinikalarda quraşdırılması və istifadəyə verilməsi;
  • Avadanlıq və proqram təminatı ilə bağlı texniki problemlərin müəyyən edilməsi və həlli;
  • Müştərilərə texniki dəstəyin göstərilməsi və proqram yeniləmələrinin idarə olunması;
  • Zəmanət və servis müraciətlərinin istehsalçı ilə koordinasiyası;
  • Satış komandası ilə birlikdə həkimlər və klinikalarla görüşlərin keçirilməsi;
  • Məhsulların nümayişi və təqdimatlarının təşkili;
  • Müştəri rəylərinin və bazardan daxil olan geri bildirişlərin istehsalçıya ötürülməsi;
  • Satış komandası və müştərilər üçün məhsul təlimlərinin keçirilməsi;
  • Sərgi, konfrans və digər peşəkar tədbirlərdə məhsulların təqdim edilməsi;
  • İstehsalçının təşkil etdiyi beynəlxalq təlimlərdə iştirak.

Namizədə tələblər

  • Biotibbi mühəndislik, tibbi texnika, elektronika və ya oxşar texniki ixtisas üzrə ali təhsil;
  • İngilis dilini sərbəst səviyyədə bilmək (yazılı və şifahi) – mütləqdir;
  • Kompüter, texniki avadanlıqlar və proqram təminatı üzrə güclü biliklər;
  • Texniki məlumatları sadə və anlaşılan formada izah etmək bacarığı;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları;
  • Müştərilərlə işləmək və problemləri operativ həll etmək bacarığı;
  • Öyrənməyə açıqlıq, məsuliyyətlilik və təşəbbüskarlıq;
  • Ölkədaxili və xarici ezamiyyətlərə hazır olmaq.

İş şəraiti və təkliflərimiz

  • 1000 AZN sabit əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
  • Şirkət və beynəlxalq istehsalçılar tərəfindən peşəkar təlimlər;
  • Rəqəmsal stomatologiya kimi sürətlə inkişaf edən sahədə karyera və peşəkar inkişaf imkanları;
  • Müasir ofis şəraiti və peşəkar komanda mühiti;
  • Beynəlxalq brendlər və innovativ texnologiyalarla işləmək imkanı.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Product Manager – Dijital Stomatoloji Avadanlıqlar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Similar jobs