Product Manager – Dijital Stomatoloji Avadanlıqlar
Adentta MMCBakıda məhsul meneceri vakansiyası
Maaş: 1.000 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 4 noyabr 2026
- Son müraciət tarixi
- 4 dekabr 2026
- Kateqoriya
- İnformasiya Texnologiyaları
Bakı şəhərində İnformasiya Texnologiyaları üzrə vakansiyalar
Vakansiya haqqında
Adentta MMC Bakıda məhsul meneceri axtarır. Tam ştat, maaş 1 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vəzifə haqqında
- Product Manager rəqəmsal stomatoloji avadanlıqların, xüsusilə Panda Scanner intraoral skanerlərinin Azərbaycan bazarında inkişafı, texniki dəstəyi və məhsul təqdimatlarına cavabdeh olacaq.
- Vəzifə texniki biliklər, məhsul ekspertizası və satış komandasına dəstək funksiyalarını birləşdirir.
- Stomatologiya sahəsində əvvəlki iş təcrübəsi mütləq deyil. Məhsullar və rəqəmsal iş prosesləri üzrə zəruri təlimlər şirkət və istehsalçı tərəfindən təmin ediləcək.
Vəzifə öhdəlikləri
- Rəqəmsal stomatoloji avadanlıqların klinikalarda quraşdırılması və istifadəyə verilməsi;
- Avadanlıq və proqram təminatı ilə bağlı texniki problemlərin müəyyən edilməsi və həlli;
- Müştərilərə texniki dəstəyin göstərilməsi və proqram yeniləmələrinin idarə olunması;
- Zəmanət və servis müraciətlərinin istehsalçı ilə koordinasiyası;
- Satış komandası ilə birlikdə həkimlər və klinikalarla görüşlərin keçirilməsi;
- Məhsulların nümayişi və təqdimatlarının təşkili;
- Müştəri rəylərinin və bazardan daxil olan geri bildirişlərin istehsalçıya ötürülməsi;
- Satış komandası və müştərilər üçün məhsul təlimlərinin keçirilməsi;
- Sərgi, konfrans və digər peşəkar tədbirlərdə məhsulların təqdim edilməsi;
- İstehsalçının təşkil etdiyi beynəlxalq təlimlərdə iştirak.
Namizədə tələblər
- Biotibbi mühəndislik, tibbi texnika, elektronika və ya oxşar texniki ixtisas üzrə ali təhsil;
- İngilis dilini sərbəst səviyyədə bilmək (yazılı və şifahi) – mütləqdir;
- Kompüter, texniki avadanlıqlar və proqram təminatı üzrə güclü biliklər;
- Texniki məlumatları sadə və anlaşılan formada izah etmək bacarığı;
- Güclü ünsiyyət və təqdimat bacarıqları;
- Müştərilərlə işləmək və problemləri operativ həll etmək bacarığı;
- Öyrənməyə açıqlıq, məsuliyyətlilik və təşəbbüskarlıq;
- Ölkədaxili və xarici ezamiyyətlərə hazır olmaq.
İş şəraiti və təkliflərimiz
- 1000 AZN sabit əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
- Şirkət və beynəlxalq istehsalçılar tərəfindən peşəkar təlimlər;
- Rəqəmsal stomatologiya kimi sürətlə inkişaf edən sahədə karyera və peşəkar inkişaf imkanları;
- Müasir ofis şəraiti və peşəkar komanda mühiti;
- Beynəlxalq brendlər və innovativ texnologiyalarla işləmək imkanı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Product Manager – Dijital Stomatoloji Avadanlıqlar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.