Skip to content
GoJob

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
August 25, 2026
Apply before
September 24, 2026

Construction & Real Estate jobs in Baku

About this job

Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu is hiring an architect in Baku. Full-time. Apply directly to the employer.

Vəzifə öhdəlikləri:

  • Layihələrin ilkin mərhələsində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək;
  • Layihələndirmə məlumatlarını analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
  • Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq, müəllif nəzarətini yerinə yetirmək, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət etmək və aidiyyatı şəxsləri bu tələblərə uyğun istiqamətləndirmək;
  • Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş Beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
  • Layihələndirmə müddətlərinin təyin edilməsi barədə müvafiq məsləhətlər vermək və bütün mərhələlərdə iş qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq;
  • Lazım olduğu halda layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
  • Layihələndirmə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də, hər növ məlumat mübadiləsinin müvafiq sənədləşdirilmiş məlumatlara nəzarət proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək;
  • İstehsalatın müvafiq sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək.

Tələblər:

  • Ali təhsil (müvafiq sahədə);
  • Mühəndis vəzifəsində iş təcrübəsi (3-5 il);
  • Kompüter bilikləri - AutoCAD, ArchiCAD, 3Dsmax və s.;
  • Tikinti norma və qaydalarına dair biliklər;
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.

Ümumi məlumat:

  • İş yeri: Bakı şəhəri;
  • İş rejimi: 5 gün/ 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00 – 14:00;
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

More jobs at Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu

Jobs at Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu