Baş plan üzrə mütəxəssis
Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutuPlan üzrə mütəxəssis job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 4, 2026
- Apply before
- December 4, 2026
- Category
- Construction & Real Estate
About this job
Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu is hiring for the role “plan üzrə mütəxəssis” in Baku. Full-time. Apply directly to the employer.
Vəzifə öhdəlikləri:
- Tikinti və layihələndirmə layihələri üzrə baş planların hazırlanmasında iştirak etmək.
- Ərazinin mövcud vəziyyətini, relyefini, torpaq sahələrinin xüsusiyyətlərini və yerləşmə imkanlarını təhlil etmək.
- Baş plan üzrə ilkin məlumatları toplamaq, sistemləşdirmək və təhlil etmək.
- Binaların, qurğuların, yolların, piyada keçidlərinin və digər infrastruktur obyektlərinin yerləşdirilməsi üzrə təkliflər hazırlamaq.
- Ərazi üzrə funksional zonalaşdırma və planlaşdırma həllərinin işlənməsində iştirak etmək.
- Topoqrafik planlar, geodeziya materialları və digər texniki sənədlərlə işləmək.
- AutoCAD və digər layihələndirmə proqramlarından istifadə etməklə çertyoj və planlar hazırlamaq.
- Baş plan üzrə layihə sənədlərində müvafiq düzəlişlər və dəyişikliklər aparmaq.
- Mühəndis-kommunikasiya xətlərinin, yolların və digər infrastruktur elementlərinin yerləşdirilməsi üzrə aidiyyəti mütəxəssislərlə əməkdaşlıq etmək.
- Layihə sənədlərinin qüvvədə olan şəhərsalma və tikinti norma və qaydalarına uyğunluğunun yoxlanılmasında iştirak etmək.
- Layihə üzrə texniki sənədlərin hazırlanmasını və arxivləşdirilməsini təmin etmək.
- Layihə rəhbəri və baş memarın tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək.
- Layihələrin icrası zamanı yaranan texniki məsələlərin həllində iştirak etmək.
- Görülmüş işlər barədə müvafiq hesabat və məlumatları hazırlamaq.
Məsuliyyət
- Baş plan üzrə mütəxəssis aşağıdakılara görə məsuliyyət daşıyır:
- Ona həvalə edilmiş tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə;
- Hazırladığı çertyoj və layihə materiallarının düzgünlüyünə;
- Texniki məlumatların düzgün işlənməsinə;
- Layihə sənədlərində aşkar edilən uyğunsuzluqların vaxtında bildirilməsinə;
- Sənədlərin düzgün saxlanılması və məxfiliyinin qorunmasına;
- Əmək intizamına və müəssisədaxili qaydalara riayət edilməsinə.
Təhsil və ixtisas tələbləri
- Memarlıq, şəhərsalma, mühəndislik və ya müvafiq texniki sahə üzrə ali təhsil;
- Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
- Baş planların hazırlanması və ərazi planlaşdırılması üzrə biliklər;
- AutoCAD proqramı üzrə yaxşı səviyyədə bilik;
- Civil 3D, Revit, ArchiCAD və digər layihələndirmə proqramları üzrə biliklər üstünlükdür;
Ümumi məlumat:
- İş yeri: Bakı şəhəri;
- İş rejimi: 5 günlük iş həftəsi/ 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00 – 14:00;
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir;
- İşə qəbul: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.