Skip to content
GoJob
Back to jobs

Mexaniki Layihələr üzrə Mühəndis

Norm LLCMechanic job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Volunteer
Posted
November 19, 2026
Views
664
Applications
55
Apply before
December 19, 2026

Engineering & Technical jobs in Baku

About this job

Norm LLC is hiring a mechanic in Baku. Volunteer. Apply directly to the employer.

Hazırda şirkətimizə Mexaniki Layihələr üzrə Mühəndis tələb olunur.

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

Tələblər: 

  • Mexanika mühəndisliyi üzrə ali təhsil;
  • Mexaniki mühəndisliyi və ya müvafiq sahədə 3 il iş təcrübəsi;
  • Layihələrin idarə edilməsi sahəsində təcrübə;
  • AutoCAD, SolidWorks üzrə istifadə bacarıqları;
  • Layihə idarəetmə proqramlarında istifadə bacarıqları;
  • Excel proqramından yaxşı səviyyədə istifadə bacarıqları;
  • Yüksək səviyyədə ingilis dili biliyi;
  • Müvafiq mühəndislik standartları və kodları üzrə biliklər;
  • Yaxşı səviyyədə analitik düşüncə və kommunikasiya bacarığı;
  • Həm texniki, həm də qeyri-texniki maraqlı tərəflərə mürəkkəb texniki məlumatları çatdırmaq bacarığı;

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Layihə planlarını hazırlamaqda və layihənin əhatə dairəsini, məqsədlərini və vaxt qrafiklərini müəyyən etməkdə layihə komandasına dəstək olmaq;
  • Dizayn, satınalma, tikinti və sınaq da daxil olmaqla, kross-funksional qruplarla sıx əməkdaşlıq edərək layihə məqsədlərinin yerinə yetirilməsini təmin etmək;
  • Keyfiyyətə, vaxt qrafiklərinə və büdcəyə riayət olunmasını təmin etməklə layihə qruplarını əlaqələndirmək və onlara nəzarət etmək;
  • Detallı layihə planlarını hazırlamaq və
  • İşçi heyəti, büdcə və materiallar daxil olmaqla layihə resurslarını idarə etmək;
  • Dizayn və ya tətbiqin mümkünlüyünü müəyyən etmək üçün müştəri dizayn təklifləri, spesifikasiyalar və təlimatlar kimi məlumatları araşdırmaq və təhlil etmək;
  • Quraşdırmaların və əməliyyatların standartlara uyğun olmasını təmin etmək üçün mexaniki sistem xəritələrinin texniki təsvirlərini, spesifikasiyalarını hazırlamaq və öyrənmək;
  • İstehsal, tikinti və quraşdırma standartlarını və spesifikasiyalarını qurmaq üçün detallı hesablamalar aparmaq;
  • Layihənin əhatə dairəsi, müddəti və büdcəsi daxil olmaqla detallı layihə planını hazırlamaq;
  • Mexaniki mühəndislik layihələrində planlaşdırılmasına və konseptual dizaynına rəhbərlik etmək;

Biz nə təklif edirik:

  • Könüllü tibbi sığorta
  • Servis avtobusu
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Similar jobs